"Allah onların yardımçısı idi"- ayəsi haqda - Ali-İmran surəsi 122 - ci ayə

    03.10.2018
إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

 
“O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər.
 

عَنْ جَابِرٍ - رضى الله عنه - قَالَ نَزَلَتْ هَذِهِ الآيَةُ فِينَا {إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلاَ} بَنِى سَلِمَةَ وَبَنِى حَارِثَةَ ، وَمَا أُحِبُّ أَنَّهَا لَمْ تَنْزِلْ ، وَاللَّهُ يَقُولُ {وَاللَّهُ وَلِيُّهُمَا}

 
Rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Bu ayə “O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər bizə, yəni Bnu Sələmə və Bənu Harisə qə­bilələrindən olan iki dəstəyə aid nazil olmuşdur. Bu ayənin (zahiri mənasında bizə məzəmmət olsa da onun) nazil olduğunu çox sevi­rəm. Belə ki, Allah buyurur: Allah onların yardımçısı idi(Ali – İmran, 122)”.
 
əl-Buxari, 4051, 4558; Muslim, 4560; İbn Hibban, 7288; Səid ibn Mənsur, 523.