Cənnət əməlisalehlərin yurdudur

    19.08.2018
عن عبد الله عن عمر وابن عمر أيضا موقوفا ومرفوعا: أن الله تعالى لما خلق الجنة قَالَتِ الْمَلاَئِكَةُ: يَا رَبَّنَا اجعل لنا هذه فإنك خلقت لبني آدَمَ الدُّنْيَا يَأْكُلُونَ فيها ويشربون فقال الله تعالى: وَعِزَّتِي وَجَلَالِي لاَ أَجْعَلُ صَالِحَ ذُرِّيَّةِ مَنْ خَلَقْتُ بِيَدَيَّ كَمَنْ قُلْتُ لَهُ : كُنْ فَكَانَ.

 
Abdullah ibn Amr[1] və Abdullah ibn Ömər[2] (Allah onlardan razı olsun) məvquf[3] və mərfu[4] sənədlə rəvayət edirlər: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm oğulları üçün dünyanı yarat­mı­san. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətimə və Ucalı­ğıma and olsun ki, Öz Əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.[5]

 
[1] Əbu Muhəmməd Abdullah ibn Amr ibn As ibn Vail əs-Səhmi (Allah ondan razı olsun) Peyğəmbərin - salləllahu aleyhi və səlləm - səhabəsidir. Abdullah ibn Amr (Allah ondan razı olsun) hicrətin 63-cü ilində vəfat etmişdir.
[2] Əbu Abdur-Rahmən Abdullah ibn Ömər ibn Xəttab əl-Ədəvi əl-Qurəşi (Allah ondan razı olsun) Allah Elçisinin - salləllahu aleyhi və səlləm - azyaşlı səhabələrindəndir. Xəndək döyüşündə iştirak etmiş və ağac altında beyət edənlərdən olmuşdur. Ən çox hədis rəvayət edən yeddi səhabədən biridir.
[3] Səhabələr və ya onların tələbələri olan tabiinlərin sözü olan, Peyğəmbərə - salləllahu aleyhi və səlləm - nisbət edil­mə­yən rəvayətlər.
[4] Peyğəmbərə - salləllahu aleyhi və səlləm - nisbət edilən hədislər.
[5] əd-Dərimi “Radd alə Bişrul-Mərrisi” 1/ 256. Səlim ibn İyd əl-Hilali məvquf olduğunu demişdir.