Cənnət və Cəhənnəm əhlinin əzəldən məlum olması

    19.08.2018
 - عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ قَتَادَةَ السُّلَمِىِّy  أَنَّهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ اللَّهَ ﷻ خَلَقَ آدَمَ ثُمَّ أَخَذَ الْخَلْقَ مِنْ ظَهْرِهِ وَقَالَ هَؤُلاَءِ فِى الْجَنَّةِ وَلاَ أُبَالِى. وَهَؤُلاَءِ فِى النَّارِ وَلاَ أُبَالِى». قَالَ فَقَالَ قَائِلٌ يَا رَسُولَ اللَّهِ فَعَلَى مَاذَا نَعْمَلُ قَالَ «عَلَى مَوَاقِعِ الْقَدَرِ»
 

Rəvayət edilir ki, Abdur-Rahmən ibn Qatədə əs-Suləmi (Allah ondan razı olsun) demişdir: “Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitmişəm: “Uca Allah Adəmi yaratdıqdan sonra məxluqatı onun belindən götürüb belə buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdirlər. Mənim üçün fərqi yox­dur[1]”. Bir nəfər soruş­du: “Ey Allahın Elçisi! Onda biz nəyin əsasında əməl edəcəyik?” O: “Qədərin baş verməsi əsasında!”- deyə cavab verdi”.[2]
 

عَنْ أَبِى نَضْرَةَ أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِىِّ ﷺ يُقَالُ لَهُ أَبُو عَبْدِ اللَّهِ دَخَلَ عَلَيْهِ أَصْحَابُهُ يَعُودُونَهُ وَهُوَ يَبْكِى فَقَالُوا لَهُ مَا يُبْكِيكَ أَلَمْ يَقُلْ لَكَ رَسُولُ اللَّهِ ﷺ «خُذْ مِنْ شَارِبِكَ ثُمَّ أَقِرَّهُ حَتَّى تَلْقَانِى». قَالَ بَلَى وَلَكِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ اللَّهَ ﷻ قَبَضَ بِيَمِينِهِ قَبْضَةً وَأُخْرَى بِالْيَدِ الأُخْرَى وَقَالَ هَذِهِ لِهَذِهِ وَهَذِهِ لِهَذِهِ وَلاَ أُبَالِى». فَلاَ أَدْرِى فِى أَىِّ الْقَبْضَتَيْنِ أَنَا
 

Əbu Nədra (Allah ona r'hm etsin) demişdir: “Peyğəmbərin - salləllahu aleyhi və səlləm - səhabələrin­dən olan Əbu Abdullah (Allah ondan razı olsun) adlı bir kişinin dostları, ona baş çəkmək üçün yanına gəldilər və onun ağladığını gördülər. Dostları ona dedilər: “Səni ağladan nədir? Məgər Allah Elçisi - salləllahu aleyhi və səlləm - sənə: “Mənimlə görüşənə qədər bığını qısalt və boya!”- demədimi?” O da belə cavab verdi: “Bəli, lakin mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu da eşitdim: “Uca Allah sağ Əli ilə bir ovuc (insanları Adəmin belindən) götürdü, o biri Əli ilə də bir ovuc yerdə qalanları götürüb buyurdu: “Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdirlər. Mənim üçün fərqi yoxdur”. Mən isə iki ovucdan hansında olduğumu bilmirəm”.[3]

 
عَنْ أَبِى الدَّرْدَاءِ  yعَنِ النَّبِىِّ ﷺ قَالَ «خَلَقَ اللَّهُ آدَمَ حِينَ خَلَقَهُ فَضَرَبَ كَتِفَهُ الْيُمْنَى فَأَخْرَجَ ذُرِّيَّةً بَيْضَاءَ كَأَنَّهُمُ الذَّرُّ وَضَرَبَ كَتِفَهُ الْيُسْرَى فَأَخْرَجَ ذُرِّيَّةً سَوْدَاءَ كَأَنَّهُمُ الْحُمَمُ فَقَالَ لِلَّذِى فِى يَمِينِهِ إِلَى الْجَنَّةِ وَلاَ أُبَالِى وَقَالَ لِلَّذِى فِى كَفِّهِ الْيُسْرَى إِلَى النَّارِ وَلاَ أُبَالِى»
 

Əbud-Dərdə[4] (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah Adəmi yaratdığı zaman onun sağ çiyninə vurub kiçik qarışqalar kimi ağ zürriyət çıxartdı, sol çiyninə vurub kömür kimi qara zür­ri­yət çıxartdı. Adəmin sağında olanlara: “Kimliyindən asılı ol­ma­yaraq Cənnətə daxil edəcəyəm!”, solunda olanlara isə “Kimli­yin­dən asılı olmaya­raq Cəhənnəmə daxil edəcəyəm!”- buyur­du”.[5]

 
[1] Yəni, Allah insanı yaxşı və ya pis əməli yerinə yetirməkdə sərbəst buraxmışdır. Uca Allah buyurur: “De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inan­ma­sın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağ­ları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!” (əl-Kəhf, 29-31).
[2] Əhməd, 17600, 18127. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 48) səhih olduğunu bildirmişdir.
[3] Əhməd, 16932, 17593, 17629. əl-Albani “Mişkətul-Məsabih”də (№ 120) səhih olduğunu bildirmişdir.
[4] Əbud-Dərdə Uveymir ibn Zeyd əl-Ənsari əl-Xəzrəci (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səha­bə­si­dir. Hicrətin 32-ci ilində Şamda vəfat etmişdir.
[5] Əhməd, 26216, 27488, 28250. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 49) və “Mişkə­tul-Məsa­bih”də (№ 119) səhih olduğunu bildirmişdir.