Tövhidin (Tək Allahlığın) fəziləti

    27.08.2018
 - عَنْ أَبِى ذَرٍّy  قَالَ قَالَ رَسُولُ اللَّهِ r: «يَقُولُ اللَّهُ ﷻ مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَأَزِيدُ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَجَزَاؤُهُ سَيِّئَةٌ مِثْلُهَا أَوْ أَغْفِرُ وَمَنْ تَقَرَّبَ مِنِّى شِبْرًا تَقَرَّبْتُ مِنْهُ ذِرَاعًا وَمَنْ تَقَرَّبَ مِنِّى ذِرَاعًا تَقَرَّبْتُ مِنْهُ بَاعًا وَمَنْ أَتَانِى يَمْشِى أَتَيْتُهُ هَرْوَلَةً وَمَنْ لَقِيَنِى بِقُرَابِ الأَرْضِ خَطِيئَةً لاَ يُشْرِكُ بِى شَيْئًا لَقِيتُهُ بِمِثْلِهَا مَغْفِرَةً»
 

Əbu Zərr[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək[2] yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac[3] yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram”.[4]

 
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّy  قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «مَا مُجَادَلَةُ أَحَدِكُمْ فِى الْحَقِّ يَكُونُ لَهُ فِى الدُّنْيَا بِأَشَدَّ مُجَادَلَةً مِنَ الْمُؤْمِنِينَ لِرَبِّهِمْ فِى إِخْوَانِهِمُ الَّذِينَ أُدْخِلُوا النَّارَ - قَالَ - يَقُولُونَ رَبَّنَا إِخْوَانُنَا كَانُوا يُصَلُّونَ مَعَنَا وَيَصُومُونَ مَعَنَا وَيَحُجُّونَ مَعَنَا فَأَدْخَلْتَهُمُ النَّارَ. قَالَ فَيَقُولُ اذْهَبُوا فَأَخْرِجُوا مَنْ عَرَفْتُمْ مِنْهُمْ. قَالَ فَيَأْتُونَهُمْ فَيَعْرِفُونَهُمْ بِصُوَرِهِمْ فَمِنْهُمْ مَنْ أَخَذَتْهُ النَّارُ إِلَى أَنْصَافِ سَاقَيْهِ وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ إِلَى كَعْبَيْهِ فَيُخْرِجُونَهُمْ فَيَقُولُونَ رَبَّنَا قَدْ أَخْرَجْنَا مَنْ أَمَرْتَنَا. قَالَ وَيَقُولُ أَخْرِجُوا مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ دِينَارٍ مِنَ الإِيمَانِ. ثُمَّ قَالَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ نِصْفِ دِينَارٍ حَتَّى يَقُولَ مَنْ كَانَ فِى قَلْبِهِ وَزْنُ ذَرَّةٍ». قَالَ أَبُو سَعِيدٍ فَمَنْ لَمْ يُصَدِّقْ فَلْيَقْرَأْ هَذِهِ الآيَةَ (إِنَّ اللَّهَ لاَ يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ) إِلَى (عَظِيمًا).
 

Əbu Səid əl-Xudri[5] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbbləri ilə mücadilə etmələri sizdən birinizin dünyada haqq uğrunda müca­dilə etməsindən daha şiddətli olacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnə­mə sal­dın”. Allah buyuracaq: “Gedin və tanıdıqlarınızı oradan çıxar­dın!” Möminlər gəlib onları görkəmlərindən tanıya­caq­lar. Od onlar­dan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəs­ləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağır­lığında”- hətta “zərrə ağırlığında”- deyə buyuracaq”. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) dedi: “Kim inanmırsa, bu ayəni oxusun: “Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.[6]

 
[1] Əbu Zərr Cundəb ibn Cunadə əl-Ğifari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Hicrə­tin 31-ci ilində Mədinə yaxınlığında vəfat etmişdir.
[2] Dirsək - dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü.
[3] Qulac - iki qol açıldığı zaman birinin ucundan digərinin ucu­na qədər olan məsafə.
[4] Muslim, 2687, 4852, 7009.
[5] Əbu Səid Səd ibn Malik ibn Sinan əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Ən çox hədis rəvayət etmiş yeddi səhabədən biridir. Mədinənin müftisi olmuşdur. Xəndək döyüşündə və Rizvan beyətində (yəni, ağac altında olan beyətdə) iştirak etmişdir. Hicrətin 74-cü ilində vəfat etmişdir.
[6] ən-Nəsai, 5010, 5027. əl-Albani hədisi səhih olduğunu bildirmişdir.