Yer boyda fidyə vermək istəyən
عَنْ أَنَسٍ y يَرْفَعُهُ «أَنَّ اللَّهَ يَقُولُ لأَهْوَنِ أَهْلِ النَّارِ عَذَابًا لَوْ أَنَّ لَكَ مَا فِى الأَرْضِ مِنْ شَىْءٍ كُنْتَ تَفْتَدِى بِهِ قَالَ نَعَمْ. قَالَ فَقَدْ سَأَلْتُكَ مَا هُوَ أَهْوَنُ مِنْ هَذَا وَأَنْتَ فِى صُلْبِ آدَمَ أَنْ لاَ تُشْرِكَ بِى. فَأَبَيْتَ إِلاَّ الشِّرْكَ»
Ənəs[1] (Allah ondan razı olsun) Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - rəvayət edərək demişdir: “(Qiyamət günü) Allah Cəhənnəmdə ən yüngül əzaba məruz qalan bir kimsəyə deyəcək: “Əgər dünyada olan hər şey sənin olsaydı, onu (əzabdan xilas olmağın üçün) fidyə verərdinmi?” O: “Bəli!”- deyə cavab verəcək. Onda Allah buyuracaq: “Sən hələ Adəmin belində ikən Mən səndən bundan daha yüngül olanı - Mənə şərik qoşmamağı tələb etmişdim. Sənsə məhz şərik qoşmağı tərcih etdin”.[2]
[1] Əbu Həmzə Ənəs ibn Məlik ibn ən-Nədr əl-Ənsari əl-Xəzrəci ən-Nəccari əl-Mədəni (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ həm xidmətçisi, həm qadın tərəfdən onun qohumu, həm də ən çox hədis rəvayət edən səhabələrindəndir. Hicrətdən on il əvvəl dünyaya gəlmiş, hicrətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir.
[2] əl-Buxari, 3156, 3334, 6538; Muslim, 7261.