Riyakarlığın aqibəti

    03.09.2018
عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍy  قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمُ الشِّرْكُ الأَصْغَرُ». قَالُوا يَا رَسُولَ اللَّهِ وَمَا الشِّرْكُ الأَصْغَرُ قَالَ «الرِّيَاءُ إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى يَقُولُ يَوْمَ تُجَازَى الْعِبَادُ بِأَعْمَالِهِمُ اذْهَبُوا إِلَى الَّذِينَ كُنْتُمْ تُرَاءُونَ بِأَعْمَالِكُمْ فِى الدُّنْيَا فَانْظُرُوا هَلْ تَجِدُونَ عِنْدَهُمْ جَزَاءً»
 

Mahmud ibn Ləbid[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Sizə görə ən çox qorxduğum kiçik şirkdir”. Dedilər: “Ey Allahın Elçisi, kiçik şirk nədir?” O buyurdu: “Riyakarlıq. Uca Allah qulların əməllərinin əvəzini verəcəyi gün (riya­kar­lara) deyəcək: “Dünyada əməllə­rinizi göstərdiyiniz kəslə­rin yanı­na gedin! Baxın görün, onlar etdiklərinizin əvəzini verə bilirlər­mi?!”[2]

 
 عَنْ أَبِى هُرَيْرَةَ  yفَقَالَ لَهُ نَاتِلُ أَهْلِ الشَّامِ أَيُّهَا الشَّيْخُ حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللَّهِ ﷺ قَالَ نَعَمْ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ أَوَّلَ النَّاسِ يُقْضَى يَوْمَ الْقِيَامَةِ عَلَيْهِ رَجُلٌ اسْتُشْهِدَ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ قَاتَلْتُ فِيكَ حَتَّى اسْتُشْهِدْتُ. قَالَ كَذَبْتَ وَلَكِنَّكَ قَاتَلْتَ لأَنْ يُقَالَ جَرِىءٌ. فَقَدْ قِيلَ. ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِىَ فِى النَّارِ وَرَجُلٌ تَعَلَّمَ الْعِلْمَ وَعَلَّمَهُ وَقَرَأَ الْقُرْآنَ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ تَعَلَّمْتُ الْعِلْمَ وَعَلَّمْتُهُ وَقَرَأْتُ فِيكَ الْقُرْآنَ. قَالَ كَذَبْتَ وَلَكِنَّكَ تَعَلَّمْتَ الْعِلْمَ لِيُقَالَ عَالِمٌ. وَقَرَأْتَ الْقُرْآنَ لِيُقَالَ هُوَ قَارِئٌ. فَقَدْ قِيلَ ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ حَتَّى أُلْقِىَ فِى النَّارِ. وَرَجُلٌ وَسَّعَ اللَّهُ عَلَيْهِ وَأَعْطَاهُ مِنْ أَصْنَافِ الْمَالِ كُلِّهِ فَأُتِىَ بِهِ فَعَرَّفَهُ نِعَمَهُ فَعَرَفَهَا قَالَ فَمَا عَمِلْتَ فِيهَا قَالَ مَا تَرَكْتُ مِنْ سَبِيلٍ تُحِبُّ أَنْ يُنْفَقَ فِيهَا إِلاَّ أَنْفَقْتُ فِيهَا لَكَ قَالَ كَذَبْتَ وَلَكِنَّكَ فَعَلْتَ لِيُقَالَ هُوَ جَوَادٌ. فَقَدْ قِيلَ ثُمَّ أُمِرَ بِهِ فَسُحِبَ عَلَى وَجْهِهِ ثُمَّ أُلْقِىَ فِى النَّارِ» ثُمَّ ضَرَبَ رَسُولُ اللَّهِ ﷺ عَلَى رُكْبَتِى فَقَالَ «يَا أَبَا هُرَيْرَةَ أُولَئِكَ الثَّلاَثَةُ أَوَّلُ خَلْقِ اللَّهِ تُسَعَّرُ بِهِمُ النَّارُ يَوْمَ الْقِيَامَةِ»
 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən ola­caqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verə­cək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “qəhrəmandır”- desinlər deyə vuruşmu­san. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüs­tə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hü­zu­runa gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O: “Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmi­şəm və çoxlu Quran oxumuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan deyirsən! Sənə “alimdir”- desinlər, həm­çi­nin “qaridir”- desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra (dünyada) zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi ne­mət­lər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlər mü­qa­bilində nə etmisən?” O: “Var-dövlətimi Sənin yolunda xərc­ləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “nə səxavətli insandır”- desinlər deyə malından xərcləmisən. Ona da artıq nail olmusan”. Sonra əmr olunacaq və onu üzüstə sürüklə­yib Cəhənnəmə atacaqlar”.[3] Digər rəvayətdə belə əlavə vardır: “…Sonra Allah Elçisi - salləllahu aleyhi və səlləm - dizimə vurdu və: “Ey Əbu Hureyra! Bu üç nəfər Qiyamət günü Allahın yaratdıqları içində Cəhənnəm odunda yanan ilk kimsələrdir”- deyə buyurdu”.[4]

 
[1] Mahmud ibn Ləbid ibn Uqbə əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Hicri 97-ci ildə vəfat etmişdir.
[2] Əhməd, 22523, 22528, 23630, 23686, 24350, 24356. Şueyb əl-Arnavut da hədisin is­nadını səhih adlandırmışdır. əl-Albani isə buna oxşar hədisin “Sahihul-Cə­mius-Sağir”də (№ 1555) səhih olduğunu bildirmişdir.
[3] Muslim, 527, 1905, 5032.
[4] ət-Tirmizi, 2382, 2557.