Allaha şərik qoşmağın təhlükəsi

    27.08.2018
عَنْ أَبِي هُرَيْرَةَy  قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى «أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنْ الشِّرْكِ مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ»
 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurdu: “Mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi Mənə şərik qoşarsa, onu da, onun şirkini də tərk edərəm”.[1]

 
عَنِ الضَّحَّاكِ بْنِ قَيْسٍ الْفِهْرِيِّ t قَالَ: قَالَ رَسُولُ اللَّهِ r: "إِنَّ اللَّهَ يَقُولُ: أَنَا خَيْرُ شَرِيكٍ، فَمَنْ أَشْرَكَ بِي أَحَدًا فَهُوَ لِشَرِيكِي" يَا أَيُّهَا النَّاسُ، أَخْلِصُوا الأَعْمَالَ لِلَّهِ، فَإِنَّ اللَّهَ ﷻ لا يَقْبَلُ مِنَ الْعَمَلِ أَلا مَا خَلُصَ لَهُ، وَلا تَقُولُوا: هَذَا لِلَّهِ وَلِلرَّحِمِ ، فَإِنَّهُ لِلرَّحِمِ، وَلَيْسَ لِلَّهِ مِنْهُ شَيْءٌ، وَلا تَقُولُوا: هَذَا لِلَّهِ وَلِوُجُوهِكُمْ، فَإِنَّهُ لِوُجُوهِكُمْ، وَلَيْسَ لِلَّهِ ﷻ مِنْهُ شَيْءٌ
 

Dahhak ibn Qeys əl-Fihri[2] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə dedi: “Həqiqətən, Allah belə buyurur: “Mən ən yaxşı şərikəm. Kim bir əməldə kimisə Mənə şərik qoşarsa, o əməl şərikimin olar”.[5] (Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi:) “Ey insanlar, əməlləri yalnız Allah xatirinə edin! Çünki, Allah ﷻ yalnız Onun xatirinə edilən əməlləri qəbul edir. (Bir əməl edərkən) deməyin ki, “Bu, Allah xatirinə və qohumluq xatirinədir”. Bilin ki, (bu cür edilən əməllər) yalnız qohumluq xatirinədir, Allah xatirinə edilmiş sayılmaz. Həmçinin, (bir əməl edərkən) deməyin ki, bu, Allah xatirinə və sizin razılığınız üçündür”. Bilin ki, (bu cür edilən əməllər) yalnız sizin üçündür, Uca Allah xatirinə edilmiş sayılmaz[3]”.[4]

 
[1] Muslim, 2985, 5300, 7666.
[2] Dahhak ibn Qeys ibn Xalid əl-Fihri əl-Quraşi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ kiçik yaşlı səhabələrindəndir. Hicrətin 64-ci ilində vəfat etmişdir.
[3] Bu hədisdə söhbət riyadan gedir.
[4] İbn Qani “Mucəmus-Sahabə” 473; əd-Dəraqutni, 133; əl-Beyhəqi “Şuabul-İman” 6417, 6836. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 7) və “Silsilətul-Əhədisis-Sahiha”da (№ 2764) səhih li-ğeyrihi oldu­ğunu bildirmişdir.
[5] Yəni “Bəndə bir əməli etdikdə, Mənimlə bərabər başqa birisini həmin əmələ şərik edərsə, o əməli qəbul etmərəm və əməli həmin şərikə tərk edərəm”.