Zamanı söymək haramdır

    03.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ y قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «قَالَ اللَّهُ ﷻ يُؤْذِينِى ابْنُ آدَمَ، يَسُبُّ الدَّهْرَ وَأَنَا الدَّهْرُ، بِيَدِى الأَمْرُ، أُقَلِّبُ اللَّيْلَ وَالنَّهَارَ»
 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir. (Çünki) dəhr Mənəm.[1] Hər şey Mənim Əlimdədir. Gecəni gündü­zə, gündüzü də gecəyə çevirən Mənəm!”[2]

 
عَنْ أَبِى هُرَيْرَةَy  عَنِ النَّبِىِّ ﷺ قَالَ لاَ يَقُلِ أحدكم يا خَيْبَةَ الدَّهْرِ قَالَ الله ﷻ أَنَا الدَّهْرُ أُرْسِلُ اللَّيْلَ وَالنَّهَارَ فَإِذَا شِئْتُ قَبَضْتُهُمَا ولا يقولن لِلْعِنَبِ الْكَرْمُ فَإِنَّ الْكَرْمَ الرَّجُلُ المُسْلِمُ
 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Sizdən biriniz: “Nə pis zamandır!”- deməsin. (Çünki,) Uca Allah belə buyurur: “Zaman Mənəm. Gecəni və gündüzü Mən gön­də­ri­rəm. İstəsəm onları yox edərəm”. Sizdən biriniz üzümə “sə­xa­vət­li”- deməsin.[3] Çünki “səxavətlidir” müsəl­man adama de­yi­lir”.[4]

 
[1] İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Dəhr zamandır. Hər kəs zamanı söyərkən, müsibəti onun başı­na gətirəni qəsd edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki, həqiqətdə bu müsibəti onun başına gətirən Allahdır. Deməli: “Dəhr Allahdır”- dedikdə, dəhrə aid etdiyi hər bir şe­yin Allaha aidliyi qəsd edilir”. (Sarimul-Məslul 3/ 922).
[2] əl-Buxari, 4826, 6937, 7053, 7491.
[3] Cahiliyyət dövründə ərəblər üzümdən şərab düzəltdiklərinə görə üzümü, üzüm ağacını və şərabı “səxavətli” adlandırırdılar. Çünki, şərab onları səxavətli olmağa sövq edirdi. Pey­ğəm­bər ﷺ şəriətin haram buyurduğuna “səxavətli” adlandırmağı sevməzdi. O ehtiyat edirdi ki, üzümə gözəl ad vermək insanları şərab içməyə sövq edə bilər. Ona görə də ona nifrət edərək və haram olmasını vurğulayaraq bu adın ona verilməsini qadağan etdi və bu adı şəriətin haram buyurduğu şeylərdən özünü qoruyan müsəlmana layiq gördü.
[4] əl-Buxari “Ədəbul-Mufrad” 770. əl-Albani səhih olduğunu bildirmişdir.