"Adəm övladı Məni yalançı hesab edir"- hədisi
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Adəm övladı Məni yalançı sayır. Halbuki, bunu etməyə onun haqqı yoxdur. Habelə, o, Məni təhqir edir.[1] Halbuki, buna da onun haqqı yoxdur. Məni yalançı sayması, onu öldürdükdən sonra yenidən yaradacağımı təkzib etməsidir. Məni təhqir etməsi isə Mənə övlad isnad etməsidir. Halbuki, Mən pak və müqəddəsəm, Özümə zövcə və ya övlad götürməkdən uzağam!”[2]
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Adəm oğlu Məni yalançı hesab edir. Halbuki, ona (belə etmək) yaraşmaz. Habelə, Adəm oğlu Məni təhqir edir. Halbuki, ona Məni təhqir etmək yaraşmaz. Onun Məni yalançı hesab etməsinə gəlincə, bu onun: “Allah məni ilk dəfə yaratdığı kimi, yenidən yarada bilməz”- deməsidir. (Qiyamət günü) xilqəti yenidən yaratmaq Mənim üçün çətin deyildir. Onun təhqirinə gəldikdə - bu, onun Allahın oğlu olduğunu iddia etməsidir. Halbuki, Mən Tək, Möhtac olmayan, nə doğmayan, nə doğulmayan, nə də bənzəri olmayan Allaham”.[3]