Vacib olan beş namazın üstünlüyü

    04.09.2018
إِنَّ أَبَا قَتَادَةَ بْنَ رِبْعِىٍّ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ «قَالَ اللَّهُ ﷻ افْتَرَضْتُ عَلَى أُمَّتِكَ خَمْسَ صَلَوَاتٍ وَعَهِدْتُ عِنْدِى عَهْدًا أَنَّهُ مَنْ حَافَظَ عَلَيْهِنَّ لِوَقْتِهِنَّ أَدْخَلْتُهُ الْجَنَّةَ وَمَنْ لَمْ يُحَافِظْ عَلَيْهِنَّ فَلاَ عَهْدَ لَهُ عِنْدِى»

 
Əbu Qatədə ibn Rabi[1] y rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Allah ﷻ buyurdu: “Sənin ümmətinə beş namazı vacib etdim. Mən onları vaxtında qılanı Cənnətə salacağıma dair dərga­hım­da əhd etdim. Onları vaxtında qılmayanın isə dərgahımda heç bir əhdi yoxdur”.[2]

 
عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ، قَالَ: كُنْتُ فِي مَجْلِسٍ مِنْ أَصْحَابِ النَّبِيِّ ﷺ فِيهِمْ عُبَادَةُ بْنُ الصَّامِتِ فَذَكَرُوا الْوِتْرَ فَقَالَ بَعْضُهُمْ: وَاجِبٌ وَقَالَ بَعْضُهُمْ: سُنَّةٌ فَقَالَ عُبَادَةُ بْنُ الصَّامِتِ : أَمَّا أَنَا فَأَشْهَدُ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ ﷺ يَقُولُ: أَتَانِي جِبْرِيلُ مِنْ عِنْدِ اللهِ تَبَارَكَ وَتَعَالَى فَقَالَ: يَا مُحَمَّدُ إِنَّ اللَّهَ ﷻ يَقُولُ: إِنِّي قَدْ فَرَضْتُ عَلَى أُمَّتِكَ خَمْسَ صَلَوَاتٍ مَنْ وَافَى بِهِنَّ عَلَى وضُوئِهِنَّ وَمَوَاقِيتِهِنَّ وَرُكُوعِهِنَّ وَسُجُودِهِنَّ فَإِنَّ لَهُ عِنْدِي بِهِنَّ عَهْدًا أَنْ أُدْخِلَهُ بِهِنَّ الْجَنَّةَ، وَمَنْ لَقِيَنِي قَدِ انْتَقَصَ مِنْ ذَلِكَ شَيْئًا، أَوْ كَلِمَةً شِبْهَهَا فَلَيْسَ لَهُ عِنْدِي عَهْدٌ إِنْ شِئْتُ عَذَّبْتُهُ وَإِنْ شِئْتُ رَحِمْتُهُ
 

Əbu İdris əl-Xauləni[3] (Allah ona rəhm etsin) demişdir: “(Bir dəfə) Peyğəmbərin - salləllahu aleyhi və səlləm - səhabələrinin məclisində idim. Ubədə ibn Samit (Allah ondan razı olsun) də onların arasın­da idi. Vitr namazı[4] haqqında söhbət düşdü. Bəzi­ləri onun vacib olduğunu, bəziləri isə sünnət olduğunu dedilər. Ubədə ibn Samit (Allah ondan razı olsun) dedi: “Mənə gəlincə, mən Allah Elçisi­nin - salləllahu aleyhi və səlləm - belə buyur­duğunu eşitdim: “Cəbrail Uca Allahın dərgahından yanıma gəlib dedi: “Ey Muhəmməd! Həqiqətən, Uca Allah buyurur: “Mən sənin ümmətinə beş namazı fərz etdim. Kim bu (namazların) dəstama­zına, vaxtlarına, ruku­suna, səcdə­si­nə riayət etsə, onu Cənnətə daxil edəcəyimə dair dərgahımda əhdi olar. Kim Mənimlə görüşərək bunlardan bir şeyi əskiltmiş olsa, Mənim dərgahımda onun üçün bir əhd yoxdur. Mən istəsəm, ona əzab verərəm, istəsəm də ona rəhm edərəm”.[5]

 
[1] Əbu Qətadə Haris ibn Rəbi əl-Ənsari əs-Suləmi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Miladi 602-ci ildə Mədinədə anadan olmuş, hicrətin 54-cü ilində Kufədə vəfat etmişdir.
[2] İbn Macə, 1403, 1467. əl-Albani həsən oldu­ğu­nu bildirmişdir.
[3] Əbu İdris ibn Abdullah əl-Xəuləni (Allah ona rəhm etsin) məşhur tabiinlərdən olmuşdur. Hicrətin 8-ci ilində anadan olmuş, hicrətin 80-ci ilində vəfat etmişdir.
[4] Vitr - tək, İşa namazından Sübh namazınadək olan hər vaxtda qılınan tək rükətli namaz.
[5] ət-Tayəlisi, 574. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 842) az fərqliliklə olan ləfzin səhih oldu­ğu­nu bildirmişdir.