Azan verməyin fəziləti
عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «يَعْجَبُ رَبُّكَ مِنْ رَاعِى غَنَمٍ فِى رَأْسِ شَظِيَّةِ الْجَبَلِ يُؤَذِّنُ بِالصَّلاَةِ وَيُصَلِّى فَيَقُولُ اللَّهُ ﷻ انْظُرُوا إِلَى عَبْدِى هَذَا يُؤَذِّنُ وَيُقِيمُ الصَّلاَةَ يَخَافُ مِنِّى قَدْ غَفَرْتُ لِعَبْدِى وَأَدْخَلْتُهُ الْجَنَّةَ»
Uqbə ibn Amir[1] (Allah ondan razı olsun) demişdir: “Allah Elçisini - salləllahu aleyhi və səlləm - belə deyərkən eşitdim: “Rəbbin dağın başında qoyun otaran çobanın azan verib, namaz qılmasına təəccüb edir[2]. Uca Allah belə buyurur: “Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim”.[3]