Duha namazının fəziləti
عَنْ أَبِى الدَّرْدَاءِ وَأَبِى ذَرٍّ عَنْ رَسُولِ اللَّهِ ﷺ «عَنِ اللَّهِ ﷻ أَنَّهُ قَالَ ابْنَ آدَمَ ارْكَعْ لِى مِنْ أَوَّلِ النَّهَارِ أَرْبَعَ رَكَعَاتٍ أَكْفِكَ آخِرَهُ»
Əbud-Dərdə və Əbu Zərr (Allah onlardan razı olsun) rəvayət edirlər ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - Uca Allahın belə buyurduğunu xəbər verdi: “Ey Adəm övladı! Günün əvvəlində Mənim üçün dörd rükət[1] namaz qıl ki, günün sonunadək səni qoruyum”.[2]