Vacib olmayan namazların fəziləti

    05.09.2018
عَنْ أَنَسِ بْنِ حَكِيمٍ الضَّبِّىِّ قَالَ خَافَ مِنْ زِيَادٍ أَوِ ابْنِ زِيَادٍ فَأَتَى الْمَدِينَةَ فَلَقِىَ أَبَا هُرَيْرَةَ قَالَ فَنَسَبَنِى فَانْتَسَبْتُ لَهُ فَقَالَ يَا فَتَى أَلاَ أُحَدِّثُكَ حَدِيثًا قَالَ قُلْتُ بَلَى رَحِمَكَ اللَّهُ. قَالَ يُونُسُ أَحْسِبُهُ ذَكَرَهُ عَنِ النَّبِىِّ ﷺ قَالَ «إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ النَّاسُ بِهِ يَوْمَ الْقِيَامَةِ مِنْ أَعْمَالِهِمُ الصَّلاَةُ قَالَ يَقُولُ رَبُّنَا ﷻ لِمَلاَئِكَتِهِ وَهُوَ أَعْلَمُ انْظُرُوا فِى صَلاَةِ عَبْدِى أَتَمَّهَا أَمْ نَقَصَهَا فَإِنْ كَانَتْ تَامَّةً كُتِبَتْ لَهُ تَامَّةً وَإِنْ كَانَ انْتَقَصَ مِنْهَا شَيْئًا قَالَ انْظُرُوا هَلْ لِعَبْدِى مِنْ تَطَوُّعٍ فَإِنْ كَانَ لَهُ تَطَوُّعٌ قَالَ أَتِمُّوا لِعَبْدِى فَرِيضَتَهُ مِنْ تَطَوُّعِهِ ثُمَّ تُؤْخَذُ الأَعْمَالُ عَلَى ذَاكُمْ»
 

Ənəs ibn Həkim əd-Dabbi demişdir: “Ziyaddan və ya İbn Ziyaddan qorxaraq Mədinəyə gəlib Əbu Hureyra (Allah ondan razı olsun) ilə görüşdum. O mənim əsli-nəsəbim haqqında soruş­du, mən də ona söylədim. O dedi: “Ey cavan oğlan! Sənə bir hədis danışımmı?” Mən də: “Bəli, Allah sənə rəhm etsin!”- dedim. O, Peyğəmbərdən salləllahu aleyhi və səlləm rəvayət edərək buyurdu: “Qiyamət günü insan­ların əməllərindən ilk hesaba çəkilən namaz olacaq­dır. Uca Rəbbimiz yaxşı bildiyi halda mələklərinə buyuracaq: “Qulumun fərz namazlarına baxın, onları tam, yoxsa naqis olaraq qılıb?” Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Allah buyuracaq: “Baxın, qulumun nafilə[1] namazları var­mı?” Əgər onun nafilə namazları olarsa, Allah: “Qulumun fərz namazlarını nafilə namazları ilə tamam­layın!”- deyə buyura­caq­dır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək”.[2]

 
عَنْ حُرَيْثِ بْنِ قَبِيصَةَ قَالَ قَدِمْتُ الْمَدِينَةَ فَقُلْتُ اللَّهُمَّ يَسِّرْ لِى جَلِيسًا صَالِحًا. قَالَ فَجَلَسْتُ إِلَى أَبِى هُرَيْرَةَ فَقُلْتُ إِنِّى سَأَلْتُ اللَّهَ أَنْ يَرْزُقَنِى جَلِيسًا صَالِحًا فَحَدِّثْنِى بِحَدِيثٍ سَمِعْتَهُ مِنْ رَسُولِ اللَّهِ ﷺ لَعَلَّ اللَّهَ أَنْ يَنْفَعَنِى بِهِ فَقَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ يَوْمَ الْقِيَامَةِ مِنْ عَمَلِهِ صَلاَتُهُ فَإِنْ صَلُحَتْ فَقَدْ أَفْلَحَ وَأَنْجَحَ وَإِنْ فَسَدَتْ فَقَدْ خَابَ وَخَسِرَ فَإِنِ انْتَقَصَ مِنْ فَرِيضَتِهِ شَىْءٌ قَالَ الرَّبُّ ﷻ انْظُرُوا هَلْ لِعَبْدِى مِنْ تَطَوُّعٍ فَيُكَمَّلَ بِهَا مَا انْتَقَصَ مِنَ الْفَرِيضَةِ ثُمَّ يَكُونُ سَائِرُ عَمَلِهِ عَلَى ذَلِكَ»
 

Hureys ibn Qabisa demişdir: “Mədinəyə gəlib Allaha dua etdim ki, mənə əməlisaleh bir yoldaş yetirsin. Sonra Əbu Hureyra (Allah ondan razı olsun) ilə rastlaşıb onun yanında oturdum və dedim: “Mən Allahdan özümə əməlisaleh yoldaş yetirməsini dilədim. Mənə Allah Elçisindən - salləllahu aleyhi və səlləm - eşitdiyin bir hədis danış. Ola bilsin ki, Allah bu hədislə məni faydalan­dırsın”. Əbu Hureyra (Allah ondan razı olsun) dedi: “Allah Elçisi­nin salləllahu aleyhi və səlləm belə dediyini eşitdim: “Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qay­dasında olmasa, ziyana uğrayar. Əgər fərz namazla­rından bir şey əskik olsa, Uca Rəbb belə buyurar: “Baxın, qulumun nafilə na­mazları varmı?” Belə­lik­lə nafilələrlə fərzlərindən əskik olanı ta­mam­lanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək”.[3]

 
[1] Nafilə - əlavə ibadətlər.
[2] Əbu Davud, 864. əl-Albani səhih olduğunu bildirmişdir.
[3] ət-Tirmizi, 413, 415; İbn Macə, 1425, 1426. əl-Albani səhih oldu­ğu­nu bildirmişdir.