Namazın vaxtını gözləməyin fəziləti

    05.09.2018
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ صَلَّيْنَا مَعَ رَسُولِ اللَّهِ ﷺ الْمَغْرِبَ فَرَجَعَ مَنْ رَجَعَ وَعَقَّبَ مَنْ عَقَّبَ فَجَاءَ رَسُولُ اللَّهِ ﷺ مُسْرِعًا قَدْ حَفَزَهُ النَّفَسُ و قَدْ حَسَرَ عَنْ رُكْبَتَيْهِ فَقَالَ «أَبْشِرُوا هَذَا رَبُّكُمْ قَدْ فَتَحَ بَابًا مِنْ أَبْوَابِ السَّمَاءِ يُبَاهِى بِكُمُ الْمَلاَئِكَةَ يَقُولُ انْظُرُوا إِلَى عِبَادِى قَدْ قَضَوْا فَرِيضَةً وَهُمْ يَنْتَظِرُونَ أُخْرَى»
 

Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir: “Biz Allah Elçisi - salləllahu aleyhi və səlləm - ilə birlikdə Məğrib namazını qıldıqdan sonra bizdən gedən getdi, qalan da qaldı. Birdən Allah Elçisi - salləllahu aleyhi və səlləm - təngənəfəs və dizləri açıq halda tələsik gəldi və dedi: “Sizə müjdə olsun! Budur, Rəbbiniz səma qapıla­rın­dan birini açmış, mələklərin qarşısında sizinlə öyünərək buyu­rur: “Qullarıma baxın! Artıq bir fərzi yerinə yetirib digərini gözləyirlər!”[1]

 
[1] İbn Macə, 801, 850. əl-Albani səhih olduğunu bildirmişdir.