Gecə vaxtı ibadət etməyin fəziləti
عَنْ عُقْبَةَ بْنَ عَامِرٍ يَقُولُ: لَا أَقُولُ الْيَوْمَ عَلَى رَسُولِ اللَّه ﷺ مَا لَمْ يَقُلْ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يقول: «مَنْ كَذِبَ عَلَيَّ متعمدًا فَلْيَتَبَوَّأْ بَيْتًا مِنْ جَهَنَّمَ» وسمعت النبي ﷺ يقول: «رجل من أمتي يقوم مِنْ اللَّيْلِ يُعَالِجُ نَفْسَهُ إِلَى الطَّهُورِ وَ عليكم عُقَد فَإِذَا وَضَّأَ يَدَيْهِ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ وَجْهَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا مَسَحَ رَأْسَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ رجليهه انْحَلَّتْ عُقْدَةٌ فَيَقُولُ الله ﷻ لِلَّذِينَ وَرَاءَ الْحِجَابِ: انْظُرُوا إِلَى عَبْدِي هَذَا يُعَالِجُ نَفْسَهُ يَسْألُني مَا سَأَلَنِي عَبْدِ هَذَا فَهُوَ لَهُ ما سألني عبدي هذا فهو له»
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: “Bu gün mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - buyurmadığı şeylər haqqında danışmayacağam, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki evinə hazırlaşsın”. Həmçinin, Peyğəmbərin - salləllahu aleyhi və səlləm - belə buyurduğunu eşitdim: “Ümmətimdən bir kişi var ki, gecə duraraq dəstəmaz almaqla nəfsini müalicə edir. O, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başını məsh etdikdə bir düyün, ayaqlarını yuduqda isə bir düyün açılır. Uca Allah pərdə arxasında olanlara buyurur: “Nəfsini müalicə edən bu quluma baxın! Bu qulum Məndən nə istəyərsə, o da ona veriləcəkdir”.[1]
[1] İbn Hibban, 1052, 2555. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.