Cəhənnəm əhlinin əksəriyyətinin qadınlardan ibarət olacağı doğrudurmu?

    15.11.2018
Sual: 
Salam. Həqiqətəndə Qadınlar cəhənnəmin böyük bir hissəsini təşkil edəcəklər ? Bu doğrudur ? Xahiş edirəm doğru məlumatdırsa ətraflı məlumat verərdinizdə niyə ?
Cavab: 

Va aleykum Salam. Cəhənnəm əhlinin əksəriyyəti qadınlardan ibarət olacaqƏbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qurban yaxud fitr bayramında namaz qılınan yerə getdi. Qadınların yanından keçdikda (dayanıb) belə buyurdu: "Ey qadınlar! Səqədə verin! Çünki mənə Cəhənnəm əhlinin əksəriyyətinin siz qadınlar olduğu göstərildi". Qadınlar: "Nəyə görə, ya Rəsulullah?" - deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Çünki siz (insanları) tez-tez lənətləyir və ərlərinizə qarşı nankorluq edirsiniz. Mən ağıllı və ehtiyatlı bir adamın sizin qədər həm ağıl, həm də din baxımından nöqsanlı olduğunu görmədim". QadInlar: "Dinimizdə və ağlımızda olan nöqsan nədir, ya Rəsulullah?" - deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Məgər qadının şahidliyi kişinin şahidliyinin yarısına bərabər deyilmi?" Onlar: "Bəli!" - deyə cavab verdilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu, qadnın ağlının naqisliyidir. Məgər (qadın) heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?" Onlar: "Bəli!" - deyə cavab verdilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu da, onun dininin naqisliyidir". (Səhih əl-Buxari, 1/83, 2/149; №: 304; Səhih Muslim, 2/67). Həmçinin oxuyun: Qadınların Cəhənnəm əzabı haqqında yaza bilərsinizmi?

Teqlər: 
Paylaş: