Namaz qılarkən biri salam verərsə, salamı almaq lazımdırmı?
Va aleykum Salam. Namaz qılan adama kimsə salam verərsə, salamı ala bilər. Lakin, salamı səslə yox, əli, barmağı və ya gözü ilə yüngülvari işarə edərək alır. İbn Ömər (Allah ondan razı olsun) belə demişdir: "Bilaldan (Allah ondan razı olsun) soruşdum ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) namaz əsnasında ikən ona salam verənlərə salamı necə qaytarardı?" Bilal dedi: "Əliylə yüngülcə işarə edərək". (İmam Əhməd, 6/12; Əbu Davud, 1/569, №: 927; ət-Tirmizi, 2/204, №: 368; əl-Beyhaqi, 2/262).
Həmçinin, İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Suheyb (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanından keçirdim və o da namaz qılırdı. Ona salam verdim, o da cavabını işarə ilə qaytardı. Sonra dedi ki, bilmirəm, səhv etmirəmsə, zənnimcə bunu barmağını yüngülcə tərpədərək etdi". (İmam Əhməd; Əbu Davud; ən-Nəsai; ət-Tirmizi).