Əgər insan yalnız vacib əməlləri yerinə yetirərsə, Cənnətə düşərmi?

    16.03.2014
Sual: 
Salam aleykum. Insan eger gunde 5 defe namaz qilib, ramazan ayinda oruc tutub, haramlardan bacardigi qeder chekinse, Qurani oxusa ve ona emel etse, cennete dushe bilermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bəli, düşə bilər. Bu barədə rəvayət edlir ki, bir kişi gəlib Peyğəmbərimizə (salləlhu aleyhi və səlləm) belə bir sual verir: "Ey Allahın Rəsulu! Əgər Mən beş vaxt (fərz) namazını qılsam, ramazan orucunu tutsam, Allahın halal etdiklərini halal saysam və haram etdiklərini haram saysam və bunun üzərinə heç nə əlavə etməsəm, cənnətə daxil ola bilərəmmi? Peyğəmbərimiz (salləlhu aleyhi və səlləm) buyurdu: "Bəli". (Səhih Muslim).

Teqlər: 
Paylaş: