Taundan ölmək şəhid olmaq kimidir
عَنِ الْعِرْبَاضِ بْنِ سَارِيَةَ أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ «يَخْتَصِمُ الشُّهَدَاءُ وَالْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِلَى رَبِّنَا فِى الَّذِينَ يُتَوَفَّوْنَ مِنَ الطَّاعُونِ فَيَقُولُ الشُّهَدَاءُ إِخْوَانُنَا قُتِلُوا كَمَا قُتِلْنَا. وَيَقُولُ الْمُتَوَفَّوْنَ عَلَى فُرُشِهِمْ إِخْوَانُنَا مَاتُوا عَلَى فُرُشِهِمْ كَمَا مُتْنَا فَيَقُولُ رَبُّنَا انْظُرُوا إِلَى جِرَاحِهِمْ فَإِنْ أَشْبَهَ جِرَاحُهُمْ جِرَاحَ الْمَقْتُولِينَ فَإِنَّهُمْ مِنْهُمْ وَمَعَهُمْ فَإِذَا جِرَاحُهُمْ قَدْ أَشْبَهَتْ جِرَاحَهُمْ»
İrbad ibn Səriyə[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Şəhidlərlə yataqlarında ölənlər, taundan ölənlər barəsində mübahisə edirlər və (mübahisəni) Rəbbimizə həvalə edirlər. Şəhidlər deyir: “Onlar bizim qardaşlarımızdır, bizim kimi öldürüldülər”. Yataqlarında ölənlər isə deyirlər: “Onlar bizim qardaşlarımızdır, bizim kimi yataqlarında öldülər”. Rəbbimiz buyurur: “Onların yaralarına baxın, əgər yaraları öldürülənlərin yaralarına bənzəsə, onlar şəhidlərlə bərabərdirlər”. (Onların yaralarına baxıldıqda, göründü ki,) yaraları şəhidlərin yaralarına bənzəyir”.[2]