Şəhidliyin fəziləti
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah Onun yolunda cihada[1] çıxan kimsənin mükafatını tez verər. (Allah buyurur): “Onu (evindən) çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir. Mən də onu nail olduğu savab və qənimətlə (sağ-salamat yurduna) qaytaracağam, yaxud Cənnətə daxil edəcəyəm”. Hərgah ümmətimi əziyyətə salmış olmasaydım, (döyüşə gedən) dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra mütləq yenə öldürülməyimi istərdim”.[2]
عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «يُؤْتَى بِالرَّجُلِ مِنْ أَهْلِ الْجَنَّةِ فَيَقُولُ اللَّهُ ﷻ يَا ابْنَ آدَمَ كَيْفَ وَجَدْتَ مَنْزِلَكَ فَيَقُولُ أَىْ رَبِّ خَيْرَ مَنْزِلٍ. فَيَقُولُ سَلْ وَتَمَنَّ فَيَقُولُ أَسْأَلُكَ أَنْ تَرُدَّنِى إِلَى الدُّنْيَا فَأُقْتَلَ فِى سَبِيلِكَ عَشْرَ مَرَّاتٍ لِمَا يَرَى مِنْ فَضْلِ الشَّهَادَةِ»
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Cənnət əhlindən olan bir adam (Allahın hüzuruna) gətiriləcək. Uca Allah buyuracaq: “Ey Adəm övladı! Yerin necədir?” O deyəcək: “Ey Rəbb! Yerim yerlərin ən xeyirlisidir”. Allah buyuracaq: “İstə və arzu et!” O da şəhidliyin fəzilətini gördüyü üçün: “Məni yenidən dünyaya qaytarmağını və Sənin yolunda on dəfə şəhid olmağımı Səndən istəyirəm!”- deyəcək”.[3]
عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ ﷺ فِيمَا يَحْكِيهِ عَنْ رَبِّهِ ﷻ قَالَ «أَيُّمَا عَبْدٍ مِنْ عِبَادِى خَرَجَ مُجَاهِدًا فِى سَبِيلِ اللَّهِ ابْتِغَاءَ مَرْضَاتِى ضَمِنْتُ لَهُ أَنْ أَرْجَعَهُ إِنْ أَرْجَعْتُهُ بِمَا أَصَابَ مِنْ أَجْرٍ أَوْ غَنِيمَةٍ وَإِنْ قَبَضْتُهُ غَفَرْتُ لَهُ وَرَحِمْتُهُ»
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - Uca Rəbbinin belə buyurduğunu nəql etmişdir: “Mənim rizamı qazanmaq üçün Allah yolunda cihad etməyə çıxan hər hansı bir qulumu (döyüşdən) geri qaytaracağım təqdirdə, qazanacağı savabla və ya qənimətlə geri qaytaracağıma, ruhunu alacağım təqdirdə isə onu bağışlayacağıma zəmanət verirəm”.[4]
عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍy قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ: «عَجِبَ رَبُّنَا مِنْ رَجُلٍ غَزَا فِى سَبِيلِ اللَّهِ فَانْهَزَمَ». يَعْنِى أَصْحَابَهُ: «فَعَلِمَ مَا عَلَيْهِ فَرَجَعَ حَتَّى أُهْرِيقَ دَمُهُ فَيَقُولُ اللَّهُ تَعَالَى لِمَلاَئِكَتِهِ: انْظُرُوا إِلَى عَبْدِى رَجَعَ رَغْبَةً فِيمَا عِنْدِى وَشَفَقَةً مِمَّا عِنْدِى حَتَّى أُهَرِيقَ دَمُهُ»
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Yoldaşları darmadağın edildiyi halda, döyüşdən qaçmağın haram olduğunu bilərək qayıdıb son damla qanı tökülənə qədər Allah yolunda döyüşən kişiyə Rəbbimiz təəccüblənir. Uca Allah mələklərinə buyurur: “Mənim quluma baxın! O, dərgahımda olan (mükafata) can ataraq, dərgahımda olan (əzabdan) qorxaraq qayıtdı və son damla qanı tökülənə qədər döyüşdü”.[5]
عَنْ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يَقُولُ لَقِيَنِى رَسُولُ اللَّهِ ﷺ فَقَالَ لِى «يَا جَابِرُ مَا لِى أَرَاكَ مُنْكَسِرًا». قُلْتُ يَا رَسُولَ اللَّهِ اسْتُشْهِدَ أَبِى قُتِلَ يَوْمَ أُحُدٍ وَتَرَكَ عِيَالاً وَدَيْنًا. قَالَ «أَفَلاَ أُبَشِّرُكَ بِمَا لَقِىَ اللَّهُ بِهِ أَبَاكَ». قَالَ قُلْتُ بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ «مَا كَلَّمَ اللَّهُ أَحَدًا قَطُّ إِلاَّ مِنْ وَرَاءِ حِجَابٍ وَأَحْيَا أَبَاكَ فَكَلَّمَهُ كِفَاحًا فَقَالَ يَا عَبْدِى تَمَنَّ عَلَىَّ أُعْطِكَ. قَالَ يَا رَبِّ تُحْيِينِى فَأُقْتَلَ فِيكَ ثَانِيةً. قَالَ الرَّبُّ ﷻ إِنَّهُ قَدْ سَبَقَ مِنِّى أَنَّهُمْ إِلَيْهَا لاَ يُرْجَعُونَ». قَالَ وَأُنْزِلَتْ هَذِهِ الآيَةُ (وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا) الآيَةَ
Cabir ibn Abdullah[6] (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - məni görüb: “Ey Cabir! Niyə belə kədərlisən?”- deyə soruşdu. Mən dedim: “Atam Uhud döyüşündə[7] şəhid olmuş, ailəmizin təminatı və atamın borclarını ödəmək mənim öhdəmə düşmüşdür”. Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Allahın sənin atana bəxş etdiyi nemətlər barəsində sənə müjdə verimmi?” Mən: “Bəli, ey Allahin Elçisi!”- deyə cavab verdim. O dedi: “İndiyədək Allah danışdığı kimsə ilə yalnız pərdə arxasından danışıb. Sənin atanı diriltdikdən sonra isə onunla arasında heç bir pərdə olmadan bilavasitə danışıb dedi: “Ey qulum! Məndən istə, Mən də sənə (istədiyini) verim!” (Atan) dedi: “Ey Rəbbim! Məni yenidən dirilt ki, Sənin yolunda (vuruşub) bir daha şəhid olum”. Allah isə ona belə buyurdu: “Mən, hər kəsin öldükdən sonra dirilib dünyaya qayıtmayacağını artıq əzəldən müəyyən etmişəm”. Sonra Uca Allah bu ayəni nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.[8]