Zikrin və saleh əməllər ilə Allaha yaxınlaşmağın fəziləti

    09.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «إِنَّ اللَّهَ ﷻ يَقُولُ أَنَا مَعَ عَبْدِى إِذَا هُوَ ذَكَرَنِى وَتَحَرَّكَتْ بِى شَفَتَاهُ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - de­miş­dir: “Uca Allah buyurur: “Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onunlayam[1]”.[2]
 

عَنْ أَبِي هُرَيْرَةَ، عَنْ رَسُولِ اللَّهِ ﷺ قَالَ: «قَالَ اللَّهُ عَزَّ وَجَلَّ: أَنَا عِنْدَ ظَنِّ عَبْدِي، وَأَنَا مَعَهُ إِذَا دَعَانِي».

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə dedi: “Uca Allah buyurur: “Mən qulumun ba­rəm­də­ki zənni yanındayam.[3] Mənə dua et­dik­də, Mən onun yanında oluram[4]”.[5]
 

عَنْ وَاثِلَةَ يَقُولُ: قَالَ رَسُولُ اللَّهِ: قَالَ اللَّهُ ﷻ: أَنَا عِنْدَ ظَنِّ عَبْدِي، بِي فَلْيَظُنَّ بِي مَا شَاءَ

 
Vasilətu[6] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Odur ki, qoy barəmdə istədiyini zənn etsin””.[7]
 

عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ «قَالَ اللَّهَ تعالى أَنَا عِنْدَ ظَنِّ عَبْدِى بِى إِنْ ظَنَّ خَيْراً فَلَهُ وَإِنْ ظَنَّ شَرًّا فَلَهُ»

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Əgər o, xeyir zənn etsə, ona xeyir veriləcəkdir. Əgər o, şər zənn etsə, ona şər veriləcəkdir”.[8]

 
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ ﷺ «يَقُولُ اللَّهُ تَعَالَى أَنَا عِنْدَ ظَنِّ عَبْدِى بِى، وَأَنَا مَعَهُ إِذَا ذَكَرَنِى، فَإِنْ ذَكَرَنِى فِى نَفْسِهِ ذَكَرْتُهُ فِى نَفْسِى، وَإِنْ ذَكَرَنِى فِى مَلأٍ ذَكَرْتُهُ فِى مَلأٍ خَيْرٍ مِنْهُمْ، وَإِنْ تَقَرَّبَ إِلَىَّ بِشِبْرٍ تَقَرَّبْتُ إِلَيْهِ ذِرَاعًا، وَإِنْ تَقَرَّبَ إِلَىَّ ذِرَاعًا تَقَرَّبْتُ إِلَيْهِ بَاعًا، وَإِنْ أَتَانِى يَمْشِى أَتَيْتُهُ هَرْوَلَةً»
 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm[9]”.[10]

 
عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ ﷺ أَنَّهُ قَالَ «قَالَ اللَّهُ ﷻ أَنَا عِنْدَ ظَنِّ عَبْدِى بِى وَأَنَا مَعَهُ حَيْثُ يَذْكُرُنِى وَاللَّهِ لَلَّهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ مِنْ أَحَدِكُمْ يَجِدُ ضَالَّتَهُ بِالْفَلاَةِ وَمَنْ تَقَرَّبَ إِلَىَّ شِبْرًا تَقَرَّبْتُ إِلَيْهِ ذِرَاعًا وَمَنْ تَقَرَّبَ إِلَىَّ ذِرَاعًا تَقَرَّبْتُ إِلَيْهِ بَاعًا وَإِذَا أَقْبَلَ إِلَىَّ يَمْشِى أَقْبَلْتُ إِلَيْهِ أُهَرْوِلُ»
 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam”. Allaha and olsun ki, Allah bir qulunun tövbəsinə sizdən biri­ni­zin səhrada itirdiyini tapıb sevindiyindən daha çox sevinir. Allah buyurur: “Kim Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm”.[11]
 

عَنْ شُرَيْحٍ قَالَ سَمِعْتُ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِىِّ ﷺ يَقُولُ قَالَ النَّبِىُّ ﷺ «قَالَ اللَّهُ تَعَالَى يَا ابْنَ آدَمَ قُمْ إِلَىَّ أَمْشِ إِلَيْكَ وَامْشِ إِلَىَّ أُهَرْوِلْ إِلَيْكَ»

 
Şureyh (Allah ona rəhm etsin) demişdir: “Mən bir səhabənin Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - belə rəvayət etdiyini eşitdim: “Uca Allah buyurur: “Ey Adəm övladı! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim”.[12]

 
[1] Hədisdəki “Mən onunlayam”- ifadəsinin mənası, “Mənim yardımım, müvəffəqiyyətim və onu məqsədinə çatdırmağımla onunlayam”- deməkdir. (əl-Munavi “Feydul-Qadir” 1928).
[2] İbn Macə, 3792, 3924; Əhməd 10989, 11267. əl-Albani hədisi səhih olduğunu bildirmişdir.
[3] Qadi İyad (Allah ona rəhm etsin) demişdir: “Bu sözlərin mənası haqqında belə deyilir: “Bağışlanma dilədikdə, onu bağışlayaram. Tövbə etdikdə, onun tövbəsini qəbul edərəm. Dua etdikdə, onun dusını eşidərəm. İstədikdə, istədiyini verərəm”. Həmçinin, belə deyilir: “Burada, məna bağış­lanmağa ümid bəsləməkdir. Bu rəy daha səhihdir”. (Əbul-Alə əl-Mubarakfuri “Tuhfətul-Əhvəzi” 3527).
[4] Bu hədis­lərdən aydın olur ki, hər bir mömin Allah barədə gözəl zənn etməli, Onun mərhəmətinə, habelə, etdiyi əməllərinin qəbul olunacağına, Cəhənnəm əzabından qoru­yacağına ümid bəsləmə­lidir, həmçinin, Onun hüzuruna qayıdacağına, hüzurunda sorğu-sual ediləcəyi­nə yəqinliklə inanmalıdır. Bu xüsusda, Uca Allah belə buyurur: “Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın mərhəmətin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!” (əz-Zumər, 53). Onu da bilmək lazımdır ki, yaxşı zənn ilə yaxşı əməl arasında, pis zənn ilə də pis əməl arasında bağlılıq vardır. Yəni adamın yaxşı əməlləri artdıqca Allaha olan zənni gö­zəlləşir, əks halda isə həmişə Allah barədə pis zəndə olur. Odur ki, möminlər, müttəqi­lər və muhsinlər həmişə Allah barədə yaxşı zəndə olur, müşriklər, kafirlər, münafiqlər və fa­siqlər isə Onun barəsində pis zənnə qapılırlar. Allahın Öz bəndəsinin yanında olması Onun elminə, görməsinə və eşitməsinə aid­dir. Yəni Ona yalvaran bəndəsini eşidir və görür. Bu xüsusda, Uca Allah buyurur: “Qorx­ma­yın, çün­ki Mən sizinləyəm, eşi­di­rəm və gö­rü­rəm!” (Ta ha, 46).
[5] əl-Buxari “Ədəbul-Mufrad” 616; Muslim, 2675 ət-Tirmizi, 2388. əl-Albani səhih olduğunu bildirmişdir.
[6] Vasilətu ibn əl-Əsqai ibn Kəb ibn Amir əl-Leysi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Hicrətin 83-cü ilində vəfat etmişdir.
[7] ət-Tabərani “Mucəmul-Kəbir” 210, 211, 17671. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 4316) səhih olduğunu bildirmişdir.
[8] İbn Hibban, 639. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 4315) səhih olduğunu bildirmişdir.
[9] Yəni, “Qul Mənə itaət etməklə yaxınlaşarsa, Mən də ona rəhmət, müvəffəqiyyət və yardım ilə yaxınlaşaram. Onun itaəti nə qədər çox olarsa, rəhmətim də bir o qədər çox olar. O, Mənə itaət etməyə tələsərək gəlsə, Mən ona rəhmətimi yağdıraram, onu qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaram. Qulun Allaha yaxınlaşmağının dərəcəsinə görə mükafatı qat-qat verilir” (Şərhun-Nəvəvi alə Səhih Muslim).
[10] əl-Buxari, 6856, 7405; Muslim, 4/ 2061.
[11] Muslim, 2675, 4927, 7128.
[12] Əhməd, 15360, 15967, 16346. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 4340) və “Silsi­lə­tul-Əhədisis-Sahiha”da (№ 2287) səhih oldu­ğunu bildirmişdir.