Gecənin son üçdə birinin fəziləti

    09.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى لأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ الْوُضُوءِ وَلأَخَّرْتُ الْعِشَاءَ إِلَى ثُلُثِ اللَّيْلِ أَوْ نِصْفِ اللَّيْلِ فَإِذَا مَضَى ثُلُثُ اللَّيْلِ أَوْ نِصْفُ اللَّيْلِ نَزَلَ إِلَى السَّمَاءِ الدُّنْيَا ﷻ فَقَالَ هَلْ مِنْ سَائِلٍ فَأُعْطِيَهُ هَلْ مِنْ مُسْتَغْفِرٍ فَأَغْفِرَ لَهُ هَلْ مِنْ تَائِبٍ فَأَتُوبَ عَلَيْهِ هَلْ مِنْ دَاعٍ فَأُجِيبَهُ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Əgər ümmətim üçün çətin olmasaydı, mən onlara dəstamazla yanaşı misvakdan istifadə etməyi əmr edərdim və İşa namazını gecənin üçdə birinə və ya yarısına qədər gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdə Uca Allah dünya səmasına enir və belə deyir: “İstəyən varmı ona verim. Bağışlan­ma diləyən varmı onu bağışla­yım. Tövbə edən varmı onun tövbəsini qəbul edim. Dua edən varmı onun duasını qəbul edim”.[1]
 

عَنْ رِفَاعَةَ الْجُهَنِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «إِنَّ اللَّهَ يُمْهِلُ حَتَّى إِذَا ذَهَبَ مِنَ اللَّيْلِ نِصْفُهُ أَوْ ثُلُثَاهُ قَالَ لاَ يَسْأَلَنَّ عِبَادِى غَيْرِى مَنْ يَدْعُنِى أَسْتَجِبْ لَهُ مَنْ يَسْأَلْنِى أُعْطِهِ مَنْ يَسْتَغْفِرْنِى أَغْفِرْ لَهُ حَتَّى يَطْلُعَ الْفَجْرُ».

 
Rifaə əl-Cuhəni (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə buyurdu: “Həqiqətən, Allah gecənin yarısı və ya üçdə ikisi keçə­nədək gözləyir. Sonra belə buyurur: “Qullarım Məndən qeyrisinə dua etməsinlər. Sübh çağınadək kim Mənə dua edərək Məndən bir şey istəyərsə, onun duasını qəbul edib istədiyini ona verərəm. Kim də Məndən bağışlanma diləyərsə, onu bağışlayaram!”[2]
 

سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ ﷺ «يَنْزِلُ اللَّهُ فِى السَّمَاءِ الدُّنْيَا لِشَطْرِ اللَّيْلِ أَوْ لِثُلُثِ اللَّيْلِ الآخِرِ فَيَقُولُ مَنْ يَدْعُونِى فَأَسْتَجِيبَ لَهُ أَوْ يَسْأَلُنِى فَأُعْطِيَهُ. ثُمَّ يَقُولُ مَنْ يُقْرِضُ غَيْرَ عَدِيمٍ وَلاَ ظَلُومٍ».

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demiş­dir: “Gecənin yarısı və ya axır üçdə biri olduqda, Allah dünya səmasına enir və belə buyurur: “Mənə dua edən varmı, onun duasını qəbul edim!? Məndən istəyən varmı, istədiyini ona verim!?” Sonra buyurur: “Möhtac olmayan və zülm etməyən (Allaha) kim borc verər?!”[3]
 

عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ ﷺ قَالَ «يَنْزِلُ اللَّهُ إِلَى السَّمَاءِ الدُّنْيَا كُلَّ لَيْلَةٍ حِينَ يَمْضِى ثُلُثُ اللَّيْلِ الأَوَّلُ فَيَقُولُ أَنَا الْمَلِكُ أَنَا الْمَلِكُ مَنْ ذَا الَّذِى يَدْعُونِى فَأَسْتَجِيبَ لَهُ مَنْ ذَا الَّذِى يَسْأَلُنِى فَأُعْطِيَهُ مَنْ ذَا الَّذِى يَسْتَغْفِرُنِى فَأَغْفِرَ لَهُ فَلاَ يَزَالُ كَذَلِكَ حَتَّى يُضِىءَ الْفَجْرُ».

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin - salləllahu aleyhi və səlləm - belə demişdir: “Allah hər gecənin ilk üçdə biri keçdikdə, dünya səmasına enir və belə buyurur: “Mülk sahibi Mənəm! Mülk sahibi Mənəm! Mənə dua edən varmı, onun duasını qəbul edim? Məndən istəyən varmı, ona istədiyini verim? Məndən bağışlanma diləyən varmı, onu bağışlayım?” Bu, dan yeri sökülənə qədər davam edir”.[4]

 
[1] Əhməd 9589, 9591, 9220, 9841. Şueyb əl-Arnavut əl-Buxari və Muslimin şərtlə­rinə görə isnadının səhih olduğunu bildirmişdir.
[2] İbn Macə, 1367, 1429. əl-Albani səhih olduğunu bildirmişdir.
[3] Muslim, 1811. Bu hədisdə “borc verər” dedikdə, sədəqə, namaz, oruc və s. kimi itaətlər nəzərdə tutulur. Uca Allah buyurur: “Kim Allaha gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar?” (əl-Bəqərə, 245).
[4] Muslim, 1809.