Miniyə minərkən edilən dua

    09.09.2018
عَنْ عَلِىِّ بْنِ رَبِيعَةَ قَالَ كُنْتُ رِدْفَ عَلِىٍّ فَلَمَّا وَضَعَ رِجْلَهُ فِى الرِّكَابِ قَالَ بِسْمِ اللَّهِ. فَلَمَّا اسْتَوَى قَالَ الْحَمْدُ لِلَّهِ (سُبْحَانَ الَّذِى سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ). وَقَالَ أَبُو سَعِيدٍ مَوْلَى بَنِى هَاشِمٍ ثُمَّ حَمِدَ اللَّهَ ثَلاَثاً. وَاللَّهُ أَكْبَرُ ثَلاَثاً ثُمَّ قَالَ سُبْحَانَ اللَّهِ ثَلاَثاً ثُمَّ قَالَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ. ثُمَّ رَجَعَ إِلَى حَدِيثِ وَكِيعٍ سُبْحَانَكَ إِنِّى ظَلَمْتُ نَفْسِى فَاغْفِرْ لِى إِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ. ثُمَّ ضَحِكَ قُلْتُ مَا يُضْحِكُكَ قَالَ كُنْتُ رِدْفاً لِرَسُولِ اللَّهِ ﷺ فَفَعَلَ كَالَّذِى رَأَيْتَنِى فَعَلْتُ. ثُمَّ ضَحِكَ قُلْتُ يَا رَسُولَ اللَّهِ مَا يُضْحِكُكَ قَالَ «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى عَجَبٌ لِعَبْدِى يَعْلَمُ أَنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ غَيْرِى». «...إنّ الله لَيَعْجَبُ مِنَ العَبْدِ إذا قالَ لا إله إلاّ أنتَ إنِّي قد ظَلَمْتُ نَفْسِي فاغْفِرْ لي ذُنُوبِي إنهُ لا يَغْفِرُ الذُّنوبَ إلاّ أنْتَ قال عَبْدِي عَرفَ أنَّ لهُ رَبّاً يَغْفِرُ ويُعاقِبُ»

 
Əli ibn Rabiə demişdir: “Mən Əlinin[1] (Allah ondan razı olsun) miniyinin tərkində yol getmi-şəm. O, ayağını miniyinin üzəngisinə qoyanda: “Allahın adı ilə!”- dedi. Oturanda isə dedi: “Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq” (əz-Zuxruf, 13-14). Sonra o, üç dəfə “Əlhəmdu­lilləh”, üç dəfə “Allahu Əkbər”, üç dəfə “Subhənallah” və “Sən­dən başqa ibadət haqqına malik məbud yoxdur”- dedi. Bundan sonra: “Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan[2]”- dedi və güldü. Mən soruşdum: “Səni güldürən nədir?” O dedi: “Mən Allah Elçisi­nin - salləllahu aleyhi və səlləm - miniyinin tərkində yol getmişəm. O da mənim etdiyim kimi etdi və güldü”. Mən də: “Ey Allahın Elçisi! Səni güldürən nədir?”- deyə soruş­dum. O dedi: “Uca Allah buyurur: “Məndən qeyrisinin günahları bağışlamayacağını bilən quluma təəccüblə­nirəm”.[3] Digər rəva­yət­də isə belə deyilir: “Həqiqə­tən, Allah qulun belə deməsinə təəccüblənir: “Səndən başqa ibadət haqqına malik məbud yoxdur. Həqiqə­tən, mən özümə zülm etdim. Mənim günahlarımı bağışla! Şüb­hə­siz ki, günahları yalnız Sən bağışlayırsan”. (Bu zaman) Allah bu­yu­rur: “Qulum bilir ki, onun bağışlayan və cəzalandıran Rəbbi vardır”.[4]

 
[1] Əbu Turab, yaxud Əbu Sibteyn, yaxud da Əbul-Həsən, Əli ibn Əbu Talib ibn Abdul-Müttəlib (Allah ondan razı olsun) fil ilindən otuz il sonra – yəni, Muhəmmədə ﷺ peyğəmbərlik verilməmişdən on il əvvəl dünyaya gəlmiş, İslam dinini ilk əvvəl qəbul etmiş səhabələrdəndir. O, Peyğəmbərin ﷺ həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz və reyhan qoxulu nəvələri – Həsən və Hüseynin (Allah onlardan razı olsun) atalarıdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun), Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə ﷺ birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur. Təbuk döyüşündə isə Peyğəmbər ﷺ onu öz yerinə – Mədinəyə xəlifə təyin etmişdir. Səd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ Təbuka yola düşərkən Əlini öz yerinə başçı təyin etdi. Onda Əli dedi: “Doğrudanmı sən məni uşaqların və qadınların yanında qoyub getmək istəyirsən?!” Peyğəmbər ﷺ buyurdu: “İstəmirsən ki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?! Fəqət məndən sonra peyğəmbər gəlməyəcək” (əl-Buxari, 4416). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) Rəsulullahın ﷺ dördüncü xəlifəsi olmuşdur. Hicrətin 35-ci ilində, zilhiccə ayının 18-i, cümə günü xilafətə gəlmiş, 4 il 9 ay möminlərə layiqincə əmirlik etmiş və hicrətin 40-cı ilində, ramazan ayının 17-si, cümə günü, Kufə şəhərində fars mənşəli Abdur-Rahmən ibn Mülcim əl-Muradi tərəfindən vurulmuş və üç gündən sonra altmış üç yaşında şəhid olmuşdur. Oğlanları Həsən və Hüseyn, habelə Cəfərin oğlu Abdullah onu yuyub kəfənləmiş, Həsən onun cənazə namazını qıldırmış və bundan sonra onu dəfn etmişlər.
[2] Transkripsiyası: Bismilləh, əlhəmdulilləh. Subhənəlləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin və innə ilə Rabbinə ləmunqalibun. Əlhəmdu­lilləh (üç dəfə), Allahu Əkbər (üç dəfə), Subhənəllah (üç dəfə), lə iləhə illə ənt, subhənəkə inni zaləmtu nəfsi, fəğfirli, innəhu lə yəğfiruz-zunubə illə ənt.
[3] Əhməd, 1004, 1056, 1068. Şueyb əl-Arnavut hədisin həsən li-ğayrihi olduğunu bildirmişdir.
[4] əl-Hakim, 2482. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1653) səhih olduğunu bildirmişdir.