Müsəlmanların salamlaşmaları
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «خَلَقَ اللَّهُ آدَمَ وَطُولُهُ سِتُّونَ ذِرَاعًا، ثُمَّ قَالَ اذْهَبْ فَسَلِّمْ عَلَى أُولَئِكَ مِنَ الْمَلاَئِكَةِ، فَاسْتَمِعْ مَا يُحَيُّونَكَ، تَحِيَّتُكَ وَتَحِيَّةُ ذُرِّيَّتِكَ. فَقَالَ السَّلاَمُ عَلَيْكُمْ. فَقَالُوا السَّلاَمُ عَلَيْكَ وَرَحْمَةُ اللَّهِ. فَزَادُوهُ وَرَحْمَةُ اللَّهِ. فَكُلُّ مَنْ يَدْخُلُ الْجَنَّةَ عَلَى صُورَةِ آدَمَ، فَلَمْ يَزَلِ الْخَلْقُ يَنْقُصُ حَتَّى الآنَ»
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah Adəmi boyu altmış dirsək uzunluğunda yaratdı. Sonra buyurdu: “Get oradakı mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyətinin salamıdır”. (Adəm) onlara: “əs-Sələmu aleykum! (Sizə salam olsun!)”- dedi. Onlar da: “əs-Sələmu aleykə və rahmətullah! (Sizə salam olsun və Allahın rəhməti yetişsin!)”- deyib, buna “və rahmətullah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs (ora) Adəmin surətində girəcəkdir. (Məlumunuz olsun ki,) indiyə qədər insanların xilqəti naqisləşməkdədir”.[1]
[1] əl-Buxari, 3148, 3326.