Valideyn üçün bağışlanma diləməyin fəziləti

    10.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «إِنَّ اللَّهَ ﷻ لَيَرْفَعُ الدَّرَجَةَ لِلْعَبْدِ الصَّالِحِ فِى الْجَنَّةِ فَيَقُولُ يَارَبِّ أَنَّى لِى هَذِهِ؟ فَيَقُولُ بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah əməlisaleh qulunun Cənnətdə dərəcəsini artıracaq. O deyəcək: “Ey Rəbbim! Bu mənə hardandır?” Allah buyuracaq: “Övladının sənin üçün bağışlanma diləməsinə görədir”.[1]

 
[1] Əhməd, 10611, 10618, 10890. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.