Əsli-nəsəbi ilə öyünməyin təhlükəli olması
Ubeyy ibn Kəb[1] (Allah ondan razı olsun) demişdir: “Allah Elçisinin - salləllahu aleyhi və səlləm - dövründə iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə) dedi: “Mən filankəsin oğlu filankəsəm, bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Musanın (ona salam olsun) dövründə də iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə): “Mən filankəsin oğlu filankəsəm”- deyib doqquz (nəsəbinə qədər) sadaladı və dedi: “Bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. O da belə cavab verdi: “Mən İslam oğlu, filankəsin oğlu filankəsəm”. Allah Musaya (ona salam olsun) bu iki əsli-nəsəbi ilə öyünən (kişilər haqqında) belə vəhy etdi: “Sənə gəlincə, ey özünü doqquz (kişiyə) mənsub edən! Onuncusu sən olmaqla onların doqquzu da Cəhənnəmlikdir. Sənə gəlincə, ey özünü iki (kişiyə) mənsub edən, üçüncüsü sən olmaqla onların ikisi də Cənnətlikdir”.[2]