İnsanlar həlak oldular

    11.09.2018
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: إِذَا سَمِعْتُمْ رَجُلاً يَقُولُ: هَلَكَ النَّاسُ، فَهُوَ أَهْلَكُهُمْ، يَقُولُ اللَّهُ: إِنَّهُ هُوَ هَالِكٌ.

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Bir adamın: “İnsanlar həlak oldular![1]”- deməsini eşitsəniz (bilin ki,) insanlardan daha çox o həlak olmuşdur. Allah buyurur: “Həqiqə­tən, o özü həlak oldu!”[2]

 
[1] İslam alimləri ittifaq etmişlər ki, burada özünü bəyənən və özünü insanlardan üstün tu­tan bir kimsənin insanlara nifrət edərək və alçaq nəzərlə baxaraq onları həlak olmağa layiq görməsi nəzərdə tutulur. Ancaq, bu hədis insanların halına acıyaraq və təəssüflənərək bu cür sözlər deyən kimsəyə aid edilmir.
[2] Əhməd, 7360, 7671. Şüeyb əl-Arnavut hədisin isnadını Muslimin şərtinə əsasən sə­hih adlandırmışdır.