Təkəbbürlü olmağın qadağan olması

    11.09.2018
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ، وَأَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ ﷺ قَالَ: «(قَالَ الله): الْعِزُّ إِزَارِي، وَالْكِبْرِيَاءُ رِدَائِي، فَمَنْ نَازَعَنِي بِشَيْءٍ مِنْهُمَا عَذَّبْتُهُ».

 
Əbu Səid əl-Xudri və Əbu Hureyra (Allah onlardan razı olsun) rəvayət edir ki, Pey­ğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “(Uca Allah buyurur:) “İzzət Mənim izarım, tə­kəbbürlük isə Mə­nim ridamdır.[1] Hər kim bunlardan birinə şərik olmaq is­təsə, Mən ona əzab verərəm”.[2]

 
[1] İzar: qurşaqdan aşağı bədən əzalarını örtmək üçün belə bağ­lanan parça; fitə. Rida isə qurşaqdan yuxarı bədən əzalarını ört­mək üçün çiyinə atılan parça. Lakin xüsusilə qeyd etmək lazımdır ki, Allaha xas olan bu sifətlərin necəliyi yalnız Allaha bəl­lidir. Bu­rada “izzət” deyildikdə, qüdrət və qüvvət qəsd edilir. Kamil izzət isə yalnız Allaha məx­susdur. Bu xüsusda, Uca Allah buyurur: “Həqiqətən də, qüvvət və əzə­mət ta­ma­mi­lə Allaha məxsusdur” (ən-Nisa, 139). Təkəbbürlük də həmçinin, ancaq Allaha məxsusdur. Odur ki, bu iki sifətdən birinin özündə olduğunu iddia edən hər kəsə Allah əzab verəcək.
[2] əl-Buxari “Ədəbul-Mufrad” 552; Muslim, 2620; Əbu Davud, 4090, 3567. əl-Albani səhih olduğunu bildirmişdir.