Allah rizası üçün ziyarət etməyin fəziləti

    12.09.2018
عَنْ أَنَسٍ أَنّ النَّبِيَّ ﷺ قَالَ: «مَا مِنْ عَبْدٍ أَتَى أَخًا لَهُ يَزُورُهُ فِي اللَّهِ، إِلا نادى مُنَادٍ مِنَ السَّمَاءِ: أَنْ طِبْتَ، وَطَابَتْ لَكَ الْجَنَّةُ، وَإِلا قَالَ اللَّهُ فِي مَلَكُوتِ عَرْشِهِ: عبدي زَارَ فِيَّ، وَعَلَيَّ قِرَاهُ، فَلَمْ أَرْضَ لَهُ بِقِرًى دُونَ الْجَنَّةِ»

 
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Hər hansı bir bəndə öz qardaşını Allah rizası üçün ziyarət etməyə getdiyi za­man səmadan bir carçı belə deyir: “Xoş gəldin. Sənin üçün Cən­nət uğurlu oldu”. Allah Öz Ərşinin səltənətində isə belə buyurur: “Qulum Mənim üçün (qardaşını) ziyarət etdi, ona ziya­fət vermək Mənə aiddir. Mən ona Cənnətdən başqa bir ziyafətə razı olma­ram”.[1]
 

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ ﷺ قَالَ: ((إِذَا عَادَ الرَّجُلُ أَخَاهُ أَوْ زَارَهُ، قَالَ اللَّهُ لَهُ: طِبْتَ وَطَابَ مَمْشَاكَ، وَتَبَوَّأْتَ مَنْزِلًا فِي الْجَنَّةِ)).

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Adam öz dostuna baş çəkdikdə, yaxud onu ziyarət etdikdə[2] Allah ona belə bu­yurur: “Xoş gəldin, gəlişin də uğurlu oldu. Sən Cən­nətdə özün üçün bir yer tutdun[3]”.[4]

 
[1] Əbu Yəalə, 4140. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 2632) səhih olduğunu bil­dir­mişdir.
[2] Əslində, “baş çəkmək” və “ziyarət etmək” kəlmələri, eynimənalı kəlmələrdir. Lakin ərəbcə çox hallarda “baş çəkmək” xəstəyə, “ziyarət etmək” isə sağlam adama aid edi­lir, “xəstəyə baş çəkdi”, “dostunu ziyarət etdi” kimi ifadə edilir. Burada Pey­ğəmbər ﷺ “ya­xud” deməklə, “baş çəkməyi” xəstəyə, “ziyarət etməyi” isə sağlam adama aid etmişdir.
[3] Uca Allahın bu sözündən aydın olur ki, möminin Allah rizasını qazanmaq məqsədi ilə mömin qardaşını ziyarət etməsi ona həm bu dünyada, həm də Axirətdə uğur qazan­dırar. Bu xüsusda, Uca Allah Öz Kitabında belə buyurur: “Rəb­bindən qorxanlar dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çat­dıqda onun qapı­ları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!” (əz-Zumər, 73).
[4] ət-Tirmizi, 2139; İbn Macə, 1443. əl-Buxari “Ədəbul-Mufrad” 345. əl-Albani hədisin həsən olduğunu bildirmişdir.