Gözlərini itirən və buna səbir edib savabını Allahdan umanın savabı
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِىَّ ﷺ يَقُولُ «إِنَّ اللَّهَ قَالَ: إِذَا ابْتَلَيْتُ عَبْدِى بِحَبِيبَتَيْهِ فَصَبَرَ عَوَّضْتُهُ مِنْهُمَا الْجَنَّةَ». يُرِيدُ عَيْنَيْهِ.
Rəvayət edilir ki, Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitmişəm: “Allah buyurur: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəkdiyim zaman o buna səbir edərsə, bunun əvəzində ona Cənnət bəxş edərəm[1]”. O, (“sevdiyi iki şeylə” deyəndə) gözləri qəsd edirdi”.[2]
عَنْ أَبِى أُمَامَةَ عَنِ النَّبِىِّ ﷺ: «يَقول الله يا ابن آدمَ إِذا أَخذتُ كَريمَتَيكَ فَصبرتَ عِند الصَّدمِةِ واحتَسبتَ لَم أَرضَ لَك ثَواباً دُون الجَنَّة»
Əbu Uməmə (Allah ondan razı olsun) Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - rəvayət edir ki, Allah buyurdu: “Ey Adəm övladı! Sənin iki əzizini (gözlərini) əlindən aldığım zaman ilk anda səbir edib əvəzini (Məndən) umsan, sənə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaram”.[3]
[1] Burada, Allah möminlərə xəbər verir ki, onlardan birini sınağa çəkib gözünü əlindən alacağı təqdirdə əvəzinə ona Cənnəti bəxş edəcəkdir. Bu ən xeyirli əvəzdir. Belə ki, insanın gözü fanidir, Cənnət nemətləri isə tükənməzdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Uca Allah buyurur: “Mən əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin qəlbindən keçirmədiyi nemətlər hazırlamışam.” Sonra Əbu Hureyrə ðt dedi: “İstəyirsinizsə, bu ayəni oxuyun: “Etdikləri əməllərin mükafatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (Səhih əl-Buxari, 4780).
[2] əl-Buxari, 5653, 5221; “Ədəbul-Mufrad” 534.
[3] əl-Buxari “Ədəbul-Mufrad” 535. əl-Albani həsən səhih olduğunu bildirmişdir.