Allahın rəhməti qəzəbini üstələmişdir
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «لَمَّا خَلَقَ اللَّهُ الْخَلْقَ كَتَبَ فِى كِتَابِهِ - هُوَ يَكْتُبُ عَلَى نَفْسِهِ، وَهْوَ وَضْعٌ عِنْدَهُ عَلَى الْعَرْشِ - إِنَّ رَحْمَتِى تَغْلِبُ غَضَبِى»
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah məxluqatı yaratdığı zaman Öz yanında Ərşin üzərində yerləşən Kitabında[1] Özünə aid belə yazmışdır: “Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!”[2]
[1] Burada “Kitab” deyildikdə Lövhi-Məhfuz nəzərdə tutulur. Lövhi-Məhfuz ərəbcə, qorunan lövhə deməkdir. Olmuş və olacaq hər şeyin yazıldığı ilahi bir Kitabdır. Lövhi-Məhfuz Allahın elmi və sifətləri ilə bağlıdır. Onun qorunan, hifz edilən kimi adlandırılmasının səbəbi, onda yazılmış ilahi məlumatlara hər hansı bir müdaxilənin mümkün olmaması, onların dəyişdirilməsinin imkansızlığı və mütləq mühafizə edilməsidir.
[2] əl-Buxari, 3194, 6986, 7404, 7554.