Allahı razı salan Onun rəhmətinə nail olar

    13.09.2018
عَنْ ثَوْبَانَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «إِنَّ الْعَبْدَ لَيَلْتَمِسُ مَرْضَاةَ اللَّهِ وَلاَ يَزَالُ بِذَلِكَ فَيَقُولُ اللَّهُ عز و جل لِجِبْرِيلَ إِنَّ فُلاَناً عَبْدِى يَلْتَمِسُ أَنْ يُرْضِيَنِى أَلاَ وَإِنَّ رَحْمَتِى عَلَيْهِ. فَيَقُولُ جِبْرِيلُ رَحْمَةُ اللَّهِ عَلَى فُلاَنٍ. وَيَقُولُهَا حَمَلَةُ الْعَرْشِ وَيَقُولُهَا مَنْ حَوْلَهُمْ حَتَّى يَقُولَهَا أَهْلُ السَّمَوَاتِ السَّبْعِ ثُمَّ تَهْبِطُ لَهُ إِلَى الأَرْضِ»

 
Səuban[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demiş­dir: “Həqiqə­tən, qul daim Allahın razılığını axtarır. Uca Allah Cəbrailə buyurur: “Filan qulum Məni razı salmaq istəyir. Sözsüz ki, Mən ona rəhm etdim”. Cəbrail: “Allah filankəsə rəhm etdi”- deyir. Ərşi daşıyan və onun ətrafında olanlar, hətta yeddi səma əhli də bunu söy­lə­yir­lər. Sonra bu onun üçün yer üzərinə enir”.[2]

 
[1] Əbu Abdullah Səuban əl-Yəməni (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabələrindəndir. Hicrətin 54-cü ilində Xumsda vəfat etmişdir.
[2] Əhməd, 21367, 22401, 22454. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildir­miş­dir.