Peyğəmbərin - sallallahu aleyhi və səlləm - mərhəmətli olması

    13.09.2018
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَتْ قُرَيْشٌ لِلنَّبِىِّ ﷺ ادْعُ لَنَا رَبَّكَ أَنْ يَجْعَلَ لَنَا الصَّفَا ذَهَباً وَنُؤْمِنَ بِكَ. قَالَ «وَتَفْعَلُونَ». قَالُوا نَعَمْ. قَالَ فَدَعَا فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ رَبَّكَ عز و جل يَقْرَأُ عَلَيْكَ السَّلاَمَ وَيَقُولُ إِنْ شِئْتَ أَصْبَحَ لَهُمُ الصَّفَا ذَهَباً فَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ مِنْهُمْ عَذَّبْتُهُ عَذَاباً لاَ أُعَذِّبُهُ أَحَداً مِنَ الْعَالَمِينَ وَإِنْ شِئْتَ فَتَحْتُ لَهُمْ بَابَ التَّوْبَةِ وَالرَّحْمَةِ. قَالَ «بَلْ بَابُ التَّوْبَةِ وَالرَّحْمَةِ»

 
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Qureyşlilər[1] Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib dedilər: “Bizim üçün Rəbbinə dua et ki, Səfa dağını[2] qızıla döndərsin, biz də sənə iman gətirək”. O dedi: “İman edə­cəksinizmi?” Onlar: “Bəli!”- deyə cavab verdilər. O, (Rəbbinə) dua etdikdə Cəbrail onun yanına gəlib dedi: “Uca Rəbbin sənə salam göndərir və buyu­rur: “İstəyir­sənsə, Səfanı onlar üçün qızı­la çevirim. Lakin bundan sonra aralarından kafir olanlara aləm­lərdən heç bir kəsə vermədiyim bir əzabı verəcəyəm. Yaxud istə­yir­sənsə, onlar üçün tövbə və rəhmət qapısını açım”. Pey­ğəm­bər salləllahu aleyhi və səlləm dedi: “Tövbə və rəhmət qapı­sını (onların üzünə aç!)”[3]

 
[1] Qureyş - Məkkədə məskunlaşan, Muhəmməd Peyğəmbərin ﷺ mənsub olduğu ərəb tayfasıdır.
[2] Səfa - Məscidul-Həramın şərq hissəsində yerləşmiş iki təpəlik­dən biridir.
[3] Əhməd, 2058, 2166, 2203. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 3388) və “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3142) səhih olduğunu bildirmişdir.