Günah və savab necə yazılır

    13.09.2018
عَنْ أَبُو هُرَيْرَةَ y عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ ﷺ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ قَالَ اللَّهُ عز و جل إِذَا تَحَدَّثَ عَبْدِي بِأَنْ يَعْمَلَ حَسَنَةً فَأَنَا أَكْتُبُهَا لَهُ حَسَنَةً مَا لَمْ يَعْمَلْ فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا بِعَشْرِ أَمْثَالِهَا وَإِذَا تَحَدَّثَ بِأَنْ يَعْمَلَ سَيِّئَةً فَأَنَا أَغْفِرُهَا لَهُ مَا لَمْ يَعْمَلْهَا فَإِذَا عَمِلَهَا فَأَنَا أَكْتُبُهَا لَهُ بِمِثْلِهَا وَقَالَ رَسُولُ اللَّهِ ﷺ قَالَتْ الْمَلَائِكَةُ رَبِّ ذَاكَ عَبْدُكَ يُرِيدُ أَنْ يَعْمَلَ سَيِّئَةً وَهُوَ أَبْصَرُ بِهِ فَقَالَ ارْقُبُوهُ فَإِنْ عَمِلَهَا فَاكْتُبُوهَا لَهُ بِمِثْلِهَا وَإِنْ تَرَكَهَا فَاكْتُبُوهَا لَهُ حَسَنَةً إِنَّمَا تَرَكَهَا مِنْ جَرَّايَ وَقَالَ رَسُولُ اللَّهِ ﷺ إِذَا أَحْسَنَ أَحَدُكُمْ إِسْلَامَهُ فَكُلُّ حَسَنَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِ مِائَةِ ضِعْفٍ وَكُلُّ سَيِّئَةٍ يَعْمَلُهَا تُكْتَبُ بِمِثْلِهَا حَتَّى يَلْقَى اللَّهَ

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurdu: “Əgər qulum bir yaxşılıq etmək qərarına gəl­sə, onu yerinə yetirə bilmədikdə belə Mən ona bir savab yazaram. Hərgah yerinə yetirərsə, Mən (ona) bunun on mislində savab yaza­ram. Əgər o, bir günah etmək qərarına gələr, sonra da bun­dan vaz keçərsə, Mən onun (bu pis) niyyətini bağışlayaram. Hər­gah bunu həyata keçirərsə, etdiyinin misli qədər ona günah yaza­ram”. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Mələklər dedilər: “Ey Rəb­bimiz! Sənin bu qulun günah iş etmək istəyir”. Allah onu hamıdan yaxşı gördüyü halda (mələklərə) buyurdu: “Ona nəzarət edin! İşdi, bunu həyata keçirərsə, ona bunun misli qədər günah yazın. Yox əgər bundan vaz keçərsə, ona bir savab yazın. Çünki o, bunu Mənim xatirimə tərk etmişdir”. Həmçinin, Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Sizdən (hansı) biriniz layiqli müsəlman olarsa, etdiyi hər yaxşı­lığa görə ona bunun on mislindən yeddi yüz qatınadək savab yazılar. Etdiyi hər bir pis əməlinə görə isə cəmi bir günah yazılar. Bu, ta Allaha qovuşanadək beləcə davam edər”.[1]
 

عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ ﷺ فِيمَا يَرْوِى عَنْ رَبِّهِ عز و جل قَالَ قَالَ «إِنَّ اللَّهَ كَتَبَ الْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَمَنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ هَمَّ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ سَيِّئَةً وَاحِدَةً»

 
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - Uca Rəbbindən belə rəvayət etmişdir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir: “Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o, savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hət­ta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanın­da tam bir savab yazar. Əgər o, günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar”. [2]
 

 
[1] Muslim, 129, 185, 336, 351.
[2] əl-Buxari, 6010, 6491; Muslim, 131.