Fatihə surəsinin fəziləti

    15.09.2018
عن أبي بن كعب قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: «(يَقُولُ اللَّهُ تعالى): مَا فِي التَّوْرَاةِ وَلا فِي الْإِنْجِيلِ مِثْلَ أُمِّ الْقُرْآنِ وَهِيَ السَّبْعُ الْمَثَانِي وَهِيَ مَقْسُومَةٌ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ»

 
Ubeyy ibn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “(Uca Allah buyurur): “Nə Tövratda, nə də İncildə Quranın əsasına (Ummul-Qur­ana) bənzər surə yoxdur. O, yeddi təkrarlanan ayədir (Səbul-Məsənidir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir”.[1]
 

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يَقُولُ «قَالَ اللَّهُ عز و جل قَسَمْتُ الصَّلاَةَ بَيْنِى وَبَيْنَ عَبْدِى شَطْرَيْنِ فَنِصْفُهَا لِى وَنِصْفُهَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ». قَالَ فَقَالَ رَسُولُ اللَّهِ ﷺ «اقْرَءُوا يَقُولُ الْعَبْدُ (الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ) فَيَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ حَمِدَنِى عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. فَيَقُولُ (الرَّحْمَنِ الرَّحِيمِ) فَيَقُولُ أَثْنَى عَلَىَّ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. يَقُولُ )مَالِكِ يَوْمِ الدِّينِ( فَيَقُولُ اللَّهُ مَجَّدَنِى عَبْدِى فَهَذَا لِى وَهَذِهِ الآيَةُ بَيْنِى وَبَيْنَ عَبْدِى نِصْفَيْنِ يَقُولُ الْعَبْدُ (إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ) يَعْنِى فَهَذِهِ بَيْنِى وَبَيْنَ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ وَآخِرُ السُّورَةِ لِعَبْدِى يَقُولُ الْعَبْدُ (اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ) فَهَذَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ».

 
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumun­dur, quluma dilə­diyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilə­diyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Allah: “Qulum Məni təriflədi, quluma dilə­diyi verilə­cək”- deyir. O: “Haqq-hesab gününün Hökm­darına!”- dedik­də, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- de­dikdə, Allah buyurur: “Bu, Mənimlə qulum arasındadır, quluma dilə­diyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğra­mışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilə­diyi veriləcək!”[2]

 
[1] İbn Hibban, 775. Şueyb əl-Arnavut hədisin isnadını Muslimin şərtlərinə görə səhih adlandır­mış­dır.
[2] İbn Məcə, 3784, 3916. əl-Albani səhih olduğunu bildirmişdir.