Bəqərə surəsi 255 - ci ayənin nazil olması

    15.09.2018
عن ابن عباس : ان بنى اسرائيل قالوا : يا موسى هل ينام ربك ؟ قال : اتقوا الله . فناداه ربه . يا موسى سالوك هل ينام ربك ، فخذ رجاجتين بيديك ، فقم الليل ففعل موسى فلما ذهب من الليل ثلث ، نعس ، فوقع لركبته ، ثم انتعش ، فضبطهما حتى إذا كان اخر الليل ، نعس ؛ فسقطت الزجاجتان فانكسرتا فقال : يا موسى : لو كنت انام . لسقطت السماوات والأرض ؛ فهلكن كما هلكت الزجاجتان بيديك ، فأنزل الله على نبيه  ﷺ  آية الكرسي

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) İsrail övladları dedilər: “Ey Musa, Rəbbin yatırmı?” O dedi: “Allahdan qorxun!” Rəbbi də ona dedi: “Ey Musa, səndən “Rəbbin yatırmı?”- deyə soruşurlar. Onda sən iki şüşə qab əllərinə götür və gecə ayaq üstə dur”. Musa da ona deyiləni etdi. Gecənin üçdə biri keçdikdə o, yuxuya gedib dizləri üstünə yıxıldı, sonra yuxudan oyanıb əlindəkiləri düzəltdi. Nəhayət, gecənin axırı yuxuya getdi və şüşə qablar yerə düşüb qırıldı. Allah buyurdu: “Ey Musa, əgər Mən yatsaydım, göylər və yer dağılıb əllərindəki şüşə qablar kimi məhv olardı”. Bu səbəblə Allah öz Peyğəmbərinə ﷺ Kürsü ayəsini nazil etdi”.[1]

 
[1] İbn Əbu Hatim “Təfsir” 2580; İbn Kəsir, 1/679; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 111; əs-Suyuti “əd-Durrul-Mənsur” 2/15. Ali Nasr və əl-Hilali şahidləri birlikdə isnadının həsən olduğunu bildirmişlər.