"Allah yolunda öldürülənləri ölü sayma"- ayəsi

    15.09.2018
عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ: «لَمَّا أُصِيبَ إِخْوَانُكُمْ بِأُحُدٍ جَعَلَ اللَّهُ أَرْوَاحَهُمْ فِى جَوْفِ طَيْرٍ خُضْرٍ تَرِدُ أَنْهَارَ الْجَنَّةِ تَأْكُلُ مِنْ ثِمَارِهَا وَتَأْوِى إِلَى قَنَادِيلَ مِنْ ذَهَبٍ مُعَلَّقَةٍ فِى ظِلِّ الْعَرْشِ فَلَمَّا وَجَدُوا طِيبَ مَأْكَلِهِمْ وَمَشْرَبِهِمْ وَمَقِيلِهِمْ قَالُوا: مَنْ يُبَلِّغُ إِخْوَانَنَا عَنَّا أَنَّا أَحْيَاءٌ فِى الْجَنَّةِ نُرْزَقُ لِئَلاَّ يَزْهَدُوا فِى الْجِهَادِ وَلاَ يَنْكُلُوا عِنْدَ الْحَرْبِ فَقَالَ اللَّهُ سُبْحَانَهُ: أَنَا أُبَلِّغُهُمْ عَنْكُمْ. قَالَ: فَأَنْزَلَ اللَّهُ (وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا)»

 
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - buyurdu: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, Qüdrət və Qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqla­rın yanına qayıdırlar. Yemək-içmək­lərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaş­larımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydı­lar”. Uca Allah: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)”.[1]
 

عَنْ مَسْرُوقٍ قَالَ سَأَلْنَا عَبْدَ اللَّهِ عَنْ هَذِهِ الآيَةِ (وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ) قَالَ أَمَا إِنَّا قَدْ سَأَلْنَا عَنْ ذَلِكَ فَقَالَ «أَرْوَاحُهُمْ فِى جَوْفِ طَيْرٍ خُضْرٍ لَهَا قَنَادِيلُ مُعَلَّقَةٌ بِالْعَرْشِ تَسْرَحُ مِنَ الْجَنَّةِ حَيْثُ شَاءَتْ ثُمَّ تَأْوِى إِلَى تِلْكَ الْقَنَادِيلِ فَاطَّلَعَ إِلَيْهِمْ رَبُّهُمُ اطِّلاَعَةً فَقَالَ هَلْ تَشْتَهُونَ شَيْئًا قَالُوا أَىَّ شَىْءٍ نَشْتَهِى وَنَحْنُ نَسْرَحُ مِنَ الْجَنَّةِ حَيْثُ شِئْنَا فَفَعَلَ ذَلِكَ بِهِمْ ثَلاَثَ مَرَّاتٍ فَلَمَّا رَأَوْا أَنَّهُمْ لَنْ يُتْرَكُوا مِنْ أَنْ يُسْأَلُوا قَالُوا يَا رَبِّ نُرِيدُ أَنْ تَرُدَّ أَرْوَاحَنَا فِى أَجْسَادِنَا حَتَّى نُقْتَلَ فِى سَبِيلِكَ مَرَّةً أُخْرَى. فَلَمَّا رَأَى أَنْ لَيْسَ لَهُمْ حَاجَةٌ تُرِكُوا»

 
Məsruq[2] (Allah ona rəhm etsin) demişdir: “Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) Allahın: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlə­rinin Rəbbi yanında onlara ruzi verilir” (Ali-İmran, 169) - ayəsi haqqında soruşduq, o, belə cavab verdi: “Biz də bu haqda Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - soruşduq, o da belə buyurdu: “Onların (şəhidlərin) ruhları yaşıl quşların için­də­dir. Bu quşlar üçün Ərşdən qəndillər asılmışdır və onlar Cənnətdə istədikləri yerdə ruzilənirlər, sonra həmin qəndillərə qayıdırlar. Rəbb­ləri onlara nəzər salıb buyurur: “Bir şey istəyirsi­niz?” Onlar deyir­lər: “(Artıq) nə istəyə bilərik ki, Cənnətdə istədiyimiz yerdə ruzilənirik”. Allah onlardan bunu üç dəfə soruşur. Onlar da buna cavab verməkdən boyun qaçıra bilməyəcəklərini görəndə: “Ey Rəbbi­miz! Biz, ruhu­m­uzun cəsədlərimizə qaytarma­ğını və Sənin yolun­da yeni­dən öl­dü­rülməyimizi istəyirik”- deyə cavab verirlər. Allah, onla­rın  ehti­ya­cı olmadığını görəndə, onları tərk edir”.[3]

 
[1] Əbu Davud, 2158, 2520, 2522. əl-Albani səhih olduğunu bildirmişdir.
[2] Əbu Aişə Məsruq ibn əl-Əcda ibn Malik əl-Kufi (Allah ona rəhm etsin) böyük tabiinlərdən olmuşdur. Hicrətin 63-cü ilində vəfat etmişdir.
[3] Muslim, 1887, 3500, 4993.