Allahın əməlisaleh qulları üçün nemətlər hazırlaması

    15.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «يَقُولُ اللَّهُ أَعْدَدْتُ لِعِبَادِىَ الصَّالِحِينَ مَا لاَ عَيْنٌ رَأَتْ وَلاَ أُذُنٌ سَمِعَتْ وَلاَ خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ وَاقْرَءُوا إِنْ شِئْتُمْ (فَلاَ تَعْلَمُ نَفْسٌ مَا أُخْفِىَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ) وَفِى الْجَنَّةِ شَجَرَةٌ يَسِيرُ الرَّاكِبُ فِى ظِلِّهَا مِائَةَ عَامٍ لاَ يَقْطَعُهَا وَاقْرَءُوا إِنْ شِئْتُمْ (وَظِلٍّ مَمْدُودٍ) وَمَوْضِعُ سَوْطٍ فِى الْجَنَّةِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا وَاقْرَءُوا إِنْ شِئْتُمْ (فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ)»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Əməlisaleh qullarım üçün heç bir gözün görmə­diyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi (nemətlər) hazırladım. İstəyirsinizsə, (bu ayəni) oxu­yun: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17). Cənnətdə bir ağac vardır ki, minikli birisi onun kölgəsində yüz il yol getsə də onu qət edə bilmir. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Uzanmış kölgəliklərdə” (əl-Vaqiə, 30). Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəyirsinizsə, (bu ayəni) oxuyun: “Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” (Ali-İmran, 185)”.[1]

 
[1] ət-Tirmizi, 3292, 3603. əl-Albani həsən olduğunu bildirmişdir.