Kövsər surəsi haqda
Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - yanımızda ikən yuxuya getmişdi. Sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Səni güldürən nədir, ey Allahın Elçisi?” O: “İndicə mənə bir surə nazil oldu”- deyərək bu ayələri oxudu: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. Sonra o buyurdu: “Kövsərin nə olduğunu bilirsiniz?” Biz dedik: ”Allah və Onun Elçisi daha yaxşı bilir!” O dedi: “O, Uca Rəbbimin mənə vəd etdiyi, içində çoxlu xeyir olan və Qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. (Ətrafına düzülən) qədəhlər ulduzların sayı qədərdir. Onlardan (ümmətimdən) bəzi qullar çıxarılıb kənarlaşdırılacaqdır. Mən də: “Ey Rəbbim! Onlar mənim ümmətimdəndirlər”- deyəcəyəm. Allah buyuracaq: “Sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər!”[1]