Nəsr surəsi haqda
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi - salləllahu aleyhi və səlləm - bu sözləri “Allah pak və müqəddəsdir, Allaha həmd olsun! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm (Subhənallahi və bihəmdihi, əstəğfirullahə və ətubu ileyh)” çox deyirdi. Mən soruşdum: “Ey Allahın Elçisi, mən sənin bu sözləri “Allah pak və müqəddəsdir, Allaha həmd olsun! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm (Subhənallahi və bihəmdihi, əstəğfirullahə və ətubu ileyh)” çox söylədiyini görürəm”. O dedi: “Rəbbim mənə belə xəbər verdi: “Mən sənə ümmətindən bir əlamət göstərəcəyəm, sən onu gördükdə bu sözləri “Allah pak və müqəddəsdir, Allaha həmd olsun! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm (Subhənallahi və bihəmdihi, əstəğfirullahə və ətubu ileyh)” çox de!” Mən artıq onu gördüm: “Allahın köməyi və qələbə gəldiyi zaman”- yəni, Məkkənin fəthi, - “insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (ən-Nəsr, 1-3)”.[1]