Adəmin tövbəsi

    17.09.2018
عَنِ ابْنِ عَبَّاسٍ (فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ) قَالَ: أَيْ رَبِّ أَلَمْ تَخْلُقْنِي بِيَدِكَ؟ قَالَ: بَلَى. قَالَ: أَيْ رَبِّ، أَلَمْ تَنْفُخْ فِيَّ مِنْ رُوحِكَ؟ قَالَ: بَلَى. قَالَ: أَيْ رَبِّ، أَلَمْ تُسْكِنِّي جَنَّتَكَ؟ قَالَ: بَلَى. قَالَ: أَيْ رَبِّ أَلَمْ تَسْبِقْ رَحْمَتُكَ غَضَبَكَ؟ قَالَ: بَلَى. قَالَ: أَرَأَيْتَ إِنْ تُبْتُ وَأَصْلَحْتُ أَرَاجِعِي أَنْتَ إِلَى الْجَنَّةِ؟ قَالَ: بَلَى. قَالَ: فَهُوَ قَوْلُهُ (فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ).

 
İbn Abbas (Allah ondan razı olsun) “Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir” (əl-Bəqərə, 37) ayəsi barəsində dedi: “Adəm dedi: “Ey Rəbbim! Məgər Sən məni Öz əlinlə yaratmadınmı?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Ey Rəbbim! Məgər Sən mənə Öz ruhundan[1] üfürmədinmi?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Ey Rəbbim! Məni Cənnətində sakin etmədinmi?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Ey Rəbbim! Məgər Sənin rəhmətin qəzəbini üstələməyibmi?” Allah: “Bəli”- dedi. Adəm dedi: “Əgər mən tövbə edib özümü islah etsəm, Sən məni Cənnətə qaytararsanmı?” Allah: “Bəli”- dedi”. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Uca Allahın: “Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi” (əl-Bəqərə, 37) ayəsi də məhz budur”.[2]
 

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ ﷺ قَالَ: "إِنَّ اللَّهَ خَلَقَ آدَمَ مِنْ تُرَابٍ، ثُمَّ جَعَلَهُ طِينًا، ثُمَّ تَرَكَهُ حَتَّى إِذَا كَانَ حَمَأً مَسْنُونًا، خَلْقَهُ وَصَوَّرَهُ، ثُمَّ تَرَكَهُ حَتَّى إِذَا كَانَ صَلْصَالاً كَالْفَخَّارِ، قَالَ: فَكَانَ إِبْلِيسُ يَمُرُّ بِهِ، فَيَقُولُ: لَقَدْ خُلِقْتَ لأَمْرٍ عَظِيمٍ، ثُمَّ نَفَخَ اللَّهُ فِيهِ رُوحَهُ، فَكَانَ أَوَّلَ شَيْءٍ جَرَى فِيهِ الرُّوحُ بَصَرُهُ وَخَيَاشِيمُهُ، فَعَطَسَ فَلَقَّاهُ اللَّهُ حَمْدَ رَبِّهِ، فَقَالَ الرَّبُّ: يَرْحَمُكَ رَبُّكَ، ثُمَّ قَالَ اللَّهُ: يَا آدَمُ اذْهَبْ إِلَى أُولَئِكَ النَّفَرِ، فَقُلْ لَهُمْ، وَانْظُرْ مَا يَقُولُونَ، فَجَاءَ، فَسَلَّمَ عَلَيْهِمْ فَقَالُوا: وَعَلَيْكَ السَّلاَمُ وَرَحْمَةُ اللهِ، فَجَاءَ إِلَى رَبِّهُ فَقَالَ: مَاذَا قَالُوا لَكَ؟، وَهُوَ أَعْلَمُ بِمَا قَالُوا لَهُ، قَالَ: يَا رَبِّ، لَمَّا سَلَّمْتُ عَلَيْهِمْ، قَالُوا: وَعَلَيْكَ السَّلاَمُ وَرَحْمَةُ اللهِ، قَالَ: يَا آدَمُ، هَذَا تَحِيَّتُكَ وَتَحِيَّةُ ذُرِّيَّتِكَ، قَالَ: يَا رَبِّ وَمَا ذُرِّيَّتِي؟ قَالَ: اخْتَرْ يَدِي يَا آدَمُ، قَالَ: أَخْتَارُ يَمِينَ رَبِّي، وَكِلْتَا يَدَيْ رَبِّي يَمِينٌ، فَبَسَطَ اللَّهُ كَفَّهُ فَإِذَا كُلُّ مَا هُوَ كَائِنٌ مِنْ ذُرِّيَّتِهِ فِي كَفِّ الرَّحْمَنِ عز و جل، فَإِذَا رِجَالٌ مِنْهُمْ عَلَى أَفْوَاهِهِمُ النُّورُ، وَإِذَا رَجُلٌ يَعْجَبُ آدَمُ مِنْ نُورِهِ، قَالَ: يَا رَبِّ مَنْ هَذَا؟ قَالَ: ابْنُكَ دَاوُدُ، قَالَ: يَا رَبِّ فَكَمْ جَعَلْتَ لَهُ مِنَ الْعُمُرِ؟ قَالَ: جَعَلْتُ لَهُ سِتِّينَ، قَالَ: يَا رَبِّ فَأَتِمَّ لَهُ مِنْ عُمُرِي حَتَّى يَكُونَ عُمُرُهُ مِائَةَ سَنَةٍ، فَفَعَلَ اللَّهُ وَأَشْهَدَ عَلَى ذَلِكَ، فَلَمَّا نَفِدَ عُمُرُ آدَمَ بَعَثَ اللَّهُ إِلَيْهِ مَلَكَ الْمَوْتِ فَقَالَ آدَمُ: أَوَلَمْ يَبْقَ مِنْ عُمُرِي أَرْبَعُونَ سَنَةً؟ قَالَ الْمَلَكُ: أَلَمْ تُعْطِهَا ابْنَكَ دَاوُدَ؟ فَجَحَدَ ذَلِكَ، فَجَحَدَتْ ذُرِّيَّتُهُ، وَنَسِيَ فَنَسِيَتْ ذُرِّيَّتُهُ".

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demiş­dir: “Həqiqətən, Allah Adəmi torpaqdan yaratdı, sonra onu palçığa çevirib bir müddət saxladı. O, başqa şəkilə düşmüş qara palçıq olduqda, onu yaradıb surət verdi. Sonra onu toxunduqda saxsı kimi səs çıxaran quru gilə çevrilənə qədər saxladı. İblis onun yanından keçər və deyərdi: “Həqiqətən, sən böyük bir iş üçün yaradılmısan!” Sonra Allah ona Öz ruhunu üfürdü. Ruhun ilk cərəyan etdiyi gözləri və burun deşikləri oldu. Bu vaxt Adəm asqırdı və Allah ona Rəbbinə həmd etməyi təlqin etdi. Rəbb dedi: “Rəbbin sənə rəhm etsin!” Sonra Allah buyurdu: “Ey Adəm! Gördüyün o kəslərin yanına get və onlara: “əs-Sələmu aleykum (Sizə Allahın salamı olsun)”- de. Bax gör nə cavab verəcəklər”. Adəm gəlib salam verdi, onlar isə cavabında: “Va aleykəs-Sələm va rahmətullah! (Sənə də Allahın salamı və rəhməti olsun!)”- dedilər. Adəm Rəbbinin yanına qayıtdı. Allah ona nə deyildiyini yaxşı bildiyi halda buyurdu: “Onlar sənə nə dedilər?” Adəm dedi: “Ey Rəbbim! Mən onlara salam verdikdə, mənə “Va aleykəs-Sələm va rahmətullah! (Sənə də Allahın salamı və rəhməti olsun!)”- deyə cavab verdilər”. Allah buyurdu: “Ey Adəm! Bu, sənin və zürriyyətinin salamıdır”. Adəm dedi: “Ey Rəbbim, “zürriyyətim” nə deməkdir?” Allah buyurdu: “Ey Adəm! İki Əlimdən birini seç”. Adəm dedi: “Rəbbimin sağ Əlini seçirəm. Rəbbimin hər iki əli sağ əldir”. Allah Əlini açdı, bu an Adəmin zrriyyətindən olanların hamısı Uca Rahmənin ovucunda göründü. İnsanlar içəri­sində ağızlarında nur olanlar var idi. Onlardan biri nurunun çoxluğuna görə Adəmin diqqətini cəlb etdi və Adəm dedi: “Ey Rəbbim! Bu kimdir?” Allah buyurdu: “Sənin oğlun Davuddur”. Adəm dedi: “Ey Rəbbim! Onun ömrünü nə qədər etmisən?” Allah buyurdu: “Onun ömrünü altmış il etmişəm”. Adəm dedi: “Mənim ömrümdən kəsib onun ömrünü yüz il et”. Allah onun istədiyini etdi və etdiyinə şahid tutdu. Adəmin ömrü tükəndikdə, Allah Mələkul-Məutu (Ölüm mələyini) onun yanına göndərdi. Adəm dedi: “Məgər ömrümün qırx ili qalmayıb?” Mələk dedi: “Sən ömrünün bir hissəsini oğlun Davuda vermədinmi?” Adəm bunu (unutduğu üçün) inkar etdi, zürriyyəti də (Adəmin davamçıları olduğu üçün) inkar edən oldu. Adəm unutduğu üçün, nəsli də unutqan oldu”.[3]

 
[1] Burada “ruh” sözününün Uca Allaha nisbət olunması şərəfləndirmək məqsədi daşıyır. Necə ki, deyirik: “Allahın Kitabı” və  “Allahın Evi”.
[2] əl-Hakim, 4002. əl-Albani səhih olduğunu bildirmişdir.
[3] Əbu Yəalə, 6580. Şeyx Səlim ibn İyd əl-Hilali demişdir: “Fikrimcə, rəvayətlərin hamısını cəm etsək səhih demək olar. Daha doğrusunu Allah bilir”.