Nuh haqda
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü Allah Nuhu çağıracaq və Nuh: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm, ey Rəbbim?”- deyəcək. Allah buyuracaq: “Sən (dini) təbliğ etdinmi?” O: “Bəli!”- deyə cavab verəcək. Sonra onun qövmünə deyiləcək: “O sizə (dini) təbliğ etdimi?” Onlar: “Bizə xəbərdar edən bir peyğəmbər gəlməmişdir!”- deyə cavab verəcəklər. Allah (Nuha) buyuracaq: “Sənin dediyinə kim şahidlik edə bilər?” Nuh: “Muhəmməd və onun ümməti!”- deyə cavab verəcək. Siz də onun dini təbliğ etdiyinə şahidlik edəcəksiniz və “Peyğəmbər də sizə şahid olacaq”. Bu haqda Allahın ayəsində belə deyilir: “Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun” (əl-Bəqərə, 143)”.[1]