İbrahim haqda

    17.09.2018
عَنْ سَعِيدِ بْنِ الْمُسَيِّبِ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: اخْتَتَنَ إِبْرَاهِيمُ ﷺ وَهُوَ ابْنُ عِشْرِينَ وَمِئَةٍ، ثُمَّ عَاشَ بَعْدَ ذَلِكَ ثَمَانِينَ سَنَةً. قَالَ سَعِيدٌ: إِبْرَاهِيمُ أَوَّلُ مَنِ اخْتَتَنَ، وَأَوَّلُ مَنْ أَضَافَ، وَأَوَّلُ مَنْ قَصَّ الشَّارِبَ، وَأَوَّلُ مَنْ قَصَّ الظُّفُرَ، وَأَوَّلُ مَنْ شَابَ فَقَالَ: يَا رَبِّ، مَا هَذَا؟ قَالَ: وَقَارٌ، قَالَ: يَا رَبِّ، زِدْنِي وَقَارًا.

 
Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demiş­dir: “İbrahim (ona salam olsun) yüz iyirmi yaşında sünnət olundu. Bundan sonra səksən il də yaşadı”. Səid ibn Museyyib demişdir: “İbrahim (ona salam olsun) ilk sünnət olunan,[1] ilk ziyafət verən, ilk bığını qısaldan, ilk dırnağını tutan və ilk saçları ağaran kimsədir. Saç­ları ağardıqda o: “Ey Rəbbim, bu nədir?”– deyə soruşmuş, Rəbbi də ona: “Bu, bir vüqardır!”– deyə cavab vermişdir. Onda, o demişdir: “Ey Rəbbim, mənim vüqarımı artır”.[2]
 

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ ﷺ: يَلْقَى رَجُلٌ أَبَاهُ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ لَهُ: يَا أَبَتِ أَيُّ ابْنٍ كُنْتُ لَكَ؟ فَيَقُولُ: خَيْرُ ابْنٍ، فَيَقُولُ: هَلْ أَنْتَ مُطِيعِيَّ الْيَوْمَ؟ فَيَقُولُ: نَعَمْ، فَيَقُولُ: خُذْ بِأُزْرَتِي، فَيَأْخُذُ بِأُزْرَتِهِ، ثُمَّ يَنْطَلِقُ حَتَّى يَأْتِيَ اللَّهَ تَبَارَكَ وَتَعَالَى وَهُوَ يَعْرِضُ الْخَلْقَ، فَيَقُولُ: يَا عَبْدِي ادْخُلْ مِنْ أَيِّ أَبْوَابِ الْجَنَّةِ شِئْتَ، فَيَقُولُ: أَيْ رَبِّ وَأَبِي مَعِي، فَإِنَّكَ وَعَدْتَنِي أَنْ لاَ تُخْزِيَنِي، قَالَ: فَيَمْسَخُ اللَّهُ أَبَاهُ ضَبُعًا فَيُعْرِضُ عَنْهُ فَيَهْوِي فِي النَّارِ فَيَأْخُذُ بِأَنْفِهِ، فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: يَا عَبْدِي أَبُوكَ هُوَ؟ فَيَقُولُ: لاَ وَعِزَّتِكَ.

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü bir kişi atası ilə görüşərək ona belə deyəcək: “Atacan! Mən sənə necə oğul olmuşam?” Atası deyəcək: “Xeyirli oğul olmusan”. O deyəcək: “Bu gün sən mənə itaət edərsənmi?” Atası deyəcək: “Bəli!” O deyəcək: “Elə isə ətəyimdən tut!” Atası da onun ətəyindən tutacaq və onlar Uca Allahın məxluqları sorğu-sual etdiyi halda Onun hüzuruna gələcəklər. Uca Allah buyuracaq: “Ey Mənim qulum, Cənnətin hansı qapısından istəyirsən daxil ol!” O deyəcək: “Ey Rəbbim! Atam mənimlədir. Həqiqətən, Sən məni rüsvay etməyəcəyinə vəd vermişdin”. Allah onun atasını kaftara çevirəcək və o, atasından üz döndərəcək. O burnunu (pis iyə görə) tutacaq. Uca Allah buyuracaq: “Ey Mənim qulum, budurmu sənin atan?” O deyəcək: “Xeyr, İzzətinə and olsun!”[3]
 

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «يَلْقَى إِبْرَاهِيمُ أَبَاهُ آزَرَ يَوْمَ الْقِيَامَةِ، وَعَلَى وَجْهِ آزَرَ قَتَرَةٌ وَغَبَرَةٌ، فَيَقُولُ لَهُ إِبْرَاهِيمُ أَلَمْ أَقُلْ لَكَ لاَ تَعْصِنِى فَيَقُولُ أَبُوهُ فَالْيَوْمَ لاَ أَعْصِيكَ. فَيَقُولُ إِبْرَاهِيمُ يَا رَبِّ، إِنَّكَ وَعَدْتَنِى أَنْ لاَ تُخْزِيَنِى يَوْمَ يُبْعَثُونَ، فَأَىُّ خِزْىٍ أَخْزَى مِنْ أَبِى الأَبْعَدِ فَيَقُولُ اللَّهُ تَعَالَى إِنِّى حَرَّمْتُ الْجَنَّةَ عَلَى الْكَافِرِينَ، ثُمَّ يُقَالُ يَا إِبْرَاهِيمُ مَا تَحْتَ رِجْلَيْكَ فَيَنْظُرُ فَإِذَا هُوَ بِذِيخٍ مُلْتَطِخٍ، فَيُؤْخَذُ بِقَوَائِمِهِ فَيُلْقَى فِى النَّارِ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü İbrahim, sir-sifəti toz-torpağa bulaşmış və qaral­mış atası Azərlə görüşəcək və İbrahim ona deyəcək: “Məgər mən sənə deməmişdim ki, mənə asi olma?” Atası deyəcək: “Bu gün mən sənə asi olmayacağam!” Onda İbrahim deyəcək: “Ey Rəbbim! Sən mənə, onların diriləcəyi gün məni rüsvay etməyəcəyinə söz vermişdin. (Sənin rəhmətin­dən) uzaq düşmüş atamdan daha böyük rusvayçılıq ola bilərmi?!” Uca Allah buyuracaq: “Mən Cənnəti kafirlərə haram buyurmuşam”. Sonra (ona) deyiləcək: “Ey İbrahim, ayağının altındakı nədir?” İbrahim (ayağının altına) baxdıqda qana bulanmış bir kaftar görəcək. Sonra bu kaftarı ayaq­larından tutub oda atacaqlar”.[4]
 

عن حذيقة عن النبي ﷺ قال: يقول إبراهيم يوم القيامة: يا رباه! فيقول الرب عز و جل: يا لَبَّيْكاهُ! فيقول إبراهيمُ يا رب حرقْت بَنِيَّ فيقولُ أخرِجوا من النارِ (من الناسِ) من كانَ في قلبهِ ذرةُ أو شعيرةٌ من إيمانٍ

 
Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü İbrahim deyəcək: “Ya Rəbb!” Uca Rəbb buyuracaq: “Çağırışı­nı eşitdim və qəbul etdim”. İbrahim deyəcək: “Ya Rəbb, övladlarımı yandırdın!” Allah buyuracaq: “Qəlbində zərrə və ya arpa dənəsi qədər imanı olan hər kəsi Cəhənnəmdən çıxarın!”[5]

 
[1] Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ demişdir: “İlk dəfə qonağa ziya­fət ve­rən və ilk sünnət olunan kəs İbrahim u olmuşdur. O, səksən yaşında Qədumda (ya­xud qəddumla) sünnət edilmişdir” (Tarix İbn Əsakir, 2/167/1; Şeyx Albani “Silsilətul-Əhadi­sis-Səhihə” əsərində (725) bu hədisin isnadının “ceyyid” olduğunu demişdir). İbn Abdul-Bərr demişdir: “İslam alimləri yekdil rəydədirlər ki, ilk sünnət olunan kəs İbrahim u olmuşdur. Onların əksəriyyəti, sünnət edilməyin bütün peyğəmbərlərin təkid olunmuş Sünnəsinə, habelə, İs­lam fitrətinə aid olduğunu və kişilərin bunu tərk etməsinin doğru ol­madı­ğını söyləmişlər. Bəziləri də bunun vacib olduğunu demiş və Uca Allahın bu ayə­si­ni əsas tutmuşlar: “Sonra sənə (belə) vəhy et­dik: “Hə­nif İb­rahim dininə ta­be ol” (ən-Nəhl, 123). Qətadə demişdir: “Bu, sünnət edilməyə aiddir” (ət-Təmhid, 21/59; əl-Muğni, 1/116; əl-Məcmu, 1/229).
[2] İbn Əbu Şeybə, 34620; əl-Buxari “Ədəbul-Mufrad” 1250. əl-Albani bu hədisin isna­dının “səhih”, lakin “movquf”, yəni səhabənin – Əbu Hureyrənin t sözü, ikinci cümlənin isə “məqtu”, yəni tabiinin – Səid ibn Museyyibin (Allah ona rəhm etsin) sözü ol­du­ğu­­nu demişdir.
[3] əl-Hakim, 8750. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3631) səhih olduğunu bildirmişdir.
[4] əl-Buxari, 3301, 3350.
[5] İbn Hibban, 7378. Şueyb əl-Arnavut isnadını əl-Buxari və Muslimin şərtlərinə əsasən səhih adlandırmışdır. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3645) səhih olduğunu bildirmişdir.