Musanın Misirdən çıxması

    17.09.2018
عَنْ أَبِي مُوسَى قَالَ: أَتَى النَّبِيُّ ﷺ أَعْرَابِيًّا فَأَكْرَمَهُ، فَقَالَ لَهُ: ائْتِنَا, فَأَتَاهُ، فَقَالَ رَسُولُ اللهِ r: سَلْ حَاجَتَكَ، فَقَالَ: نَاقَةً نَرْكَبُهَا، وَأَعْنُزًا يَحْلُبُهَا أَهْلِي، فَقَالَ رَسُولُ اللهِ ﷺ: عَجَزْتُمْ أَنْ تَكُونُوا مِثْلَ عَجُوزِ بَنِي إِسْرَائِيلَ؟ قَالَ: إِنَّ مُوسَى لَمَّا سَارَ بِبَنِي إِسْرَائِيلَ مِنْ مِصْرَ ضَلُّوا الطَّرِيقَ، فَقَالَ: مَا هَذَا؟ فَقَالَ عُلَمَاؤُهُمْ: إِنَّ يُوسُفَ لَمَّا حَضَرَهُ الْمَوْتُ أَخَذَ عَلَيْنَا مَوْثِقًا مِنَ اللهِ أَنْ لاَ نَخْرُجَ مِنْ مِصْرَ حَتَّى نَنْقُلَ عِظَامَهُ مَعَنَا، قَالَ: فَمَنْ يَعْلَمُ مَوْضِعَ قَبْرِهِ، قَالَ: عَجُوزٌ مِنْ بَنِي إِسْرَائِيلَ، فَبَعَثَ إِلَيْهَا فَأَتَتْهُ، فَقَالَ: دُلِّينِي عَلَى قَبْرِ يُوسُفَ، قَالَتْ: حَتَّى تُعْطِيَنِي حُكْمِي، قَالَ: مَا حُكْمُكِ؟ قَالَتْ: أَكُونُ مَعَكَ فِي الْجَنَّةِ، فَكَرِهَ أَنْ يُعْطِيَهَا ذَلِكَ، فَأَوْحَى اللَّهُ إِلَيْهِ: أَنْ أَعْطِهَا حُكْمَهَا، فَانْطَلَقَتْ بِهِمْ إِلَى بُحَيْرَةٍ: مَوْضِعِ مُسْتَنْقَعِ مَاءٍ، فَقَالَتْ: أَنْضِبُوا هَذَا الْمَاءَ، فَأَنْضَبُوا، قَالَتِ: احْتَفِرُوا وَاسْتَخْرِجُوا عِظَامَ يُوسُفَ، فَلَمَّا أَقَلُّوهَا إِلَى الأَرْضِ إِذَا الطَّرِيقُ مِثْلُ ضَوْءِ النَّهَارِ.

 
Rəvayət edilir ki, Əbu Musa (Allah ondan razı olsun) demişdir: “(Bir gün) Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir bədəvi ərəbin yanına gəlib ona ehtiram göstər­dikdən sonra dedi: “Yanımıza gəl!” O da Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəldi. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Ehtiyacını istə!” O dedi: “Minik vasitəsi kimi istifadə etmək üçün bir dişi dəvəyə və ailəm üçün bir sağmal keçiyə ehtiyacım var”. Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “İsrail oğullarından olan bir qoca qarı qədər olmaqda acizsiniz? Həqiqətən, Musa İsrail oğullarını Misirdən aparanda onlar yolu azdılar”. Musa soruşdu: “Görəsən nə üçün belə oldu?” İsrail oğullarının alimləri dedilər: “Həqi­qətən, Yusuf öləndə bizə Allaha and içdirmişdir ki, onun cəsədini özümüzlə aparmayınca Misirdən çıxmayaq”. Musa soruşdu: “Onun qəbrinin yerini kim bilir?” Onlar: “İsrail oğullarından bir qoca qarı”- deyə cavab verdilər. Musa onun dalınca adam göndərdi və o, Musanın yanına gəldi. Musa dedi: “Yusufun qəbrini mənə göstər!” O dedi: “İstəyimi mənə verməyincə (göstərən deyiləm)”. Musa soruşdu: “Sənin istəyin nədir?” O da belə cavab verdi: “Cənnətdə sənin yanında olmaq”. Musa bunu ona vermək istəmədi. Allah Musaya belə vəhy etdi: “Onun istəyini ver!” Beləliklə qadın onları bir gölün yanına - durğun suyun yerinə - gətirib çıxartdı və dedi: “Buradakı suyu qurudun!” Onlar da suyu qurutdular. Qadın dedi: “Qazın və Yusufun cəsədini çıxardın!” Onlar Yu­su­fun bədənini qaldırıb yerə qoyanda yol gündüz işığı kimi aydınlaş­dı”.[1]

 
[1] Əbu Yəala, 7254; əl-Hakim 3523. Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 313) səhih olduğunu bil­dir­mişdir.