Peyğəmbərin Tövratda olan bəzi vəsfləri

    17.09.2018
عَنْ عَطَاءِ بْنِ يَسَارٍ قَالَ: لَقِيتُ عَبْدَ اللَّهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ فَقُلْتُ: أَخْبِرْنِي عَنْ صِفَةِ رَسُولِ اللَّهِ ﷺ فِي التَّوْرَاةِ، قَالَ: فَقَالَ: أَجَلْ وَاللَّهِ، إِنَّهُ لَمَوْصُوفٌ فِي التَّوْرَاةِ بِبَعْضِ صِفَتِهِ فِي الْقُرْآنِ: {يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا}، وَحِرْزًا لِلأُمِّيِّينَ، أَنْتَ عَبْدِي وَرَسُولِي، سَمَّيْتُكَ الْمُتَوَكِّلَ، لَيْسَ بِفَظٍّ وَلاَ غَلِيظٍ، وَلاَ صَخَّابٍ فِي الأَسْوَاقِ، وَلاَ يَدْفَعُ بِالسَّيِّئَةِ السَّيِّئَةَ، وَلَكِنْ يَعْفُو وَيَغْفِرُ، وَلَنْ يَقْبِضَهُ اللَّهُ تَعَالَى حَتَّى يُقِيمَ بِهِ الْمِلَّةَ الْعَوْجَاءَ، بِأَنْ يَقُولُوا: لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَيَفْتَحُ بِهَا أَعْيُنًا عُمْيًا، وَآذَانًا صُمًّا، وَقُلُوبًا غُلْفًا.

 
Ata ibn Yəsar demişdir: “(Bir dəfə) mən Abdullah ibn Amr ibn əl-As ilə rastlaşdım və (ona): “Mənə Rəsulullahın - salləllahu aleyhi və səlləm - Töv­ratda olan vəsfi barədə xəbər ver”- dedim. O, dedi: “Bəli, vallahi ki, onun Quranda vəsf edi­lən (bəzi) sifətləri Tövratda da vəsf edilmişdir: “Ey Peyğəmbər! Həqiqə­tən, Biz səni şahid, müj­dəçi və xəbərdar edən olaraq göndərdik” (əl-Əhzab, 45)[1] Həmçinin, səni ümmiləri[2] qoruyan olaraq (gön­dər­dik). Sən Mənim qulum və rəsulum­san. Mən sənə Mütəvəkkil (təvəkkül edən) adını ver­dim. O (Peyğəmbər) nə ko­bud, nə daş qəlbli, nə də bazarda qışqır-bağır sa­lan[3] birisidir; pisliyi pisliklə dəf et­məz. Əksinə, əfv edər və bağışlayar. Uca Allah onun vasitəsi­lə əyri yolda olan milləti düzəltməyincə[4] – onlar “Lə ilahə illəllah” demə­yincə,[5] Uca Allah onu Öz yanına aparmaz; həm də bu töv­hid kəlməsi sayəsin­də kor gözləri, kar qulaqları və bağlı qəlbləri açar”.[6]

 
[1] Bu ayədə “şahid, müjdəçi və xəbərdar edən” deyildikdə, Peyğəmbərin ﷺ Allahın vəhdaniyyətinə və insanların əməllərinə şahid olması, habelə, insanları tövhidə dəvət edib, Cənnətlə müjdələməsi və bir də onları şirkdən çə­kindirib Cəhənnəmlə qorxutması nəzərdə tutulur. 
[2] Ümmi - yazıb-oxumağı bacarmayan ərəblər qəsd edilir.
[3] Uca Allah bu cür qışqırmağı pisləyib buyurur: “Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çir­kin səs uzun­qulaq səsidir” (Loğman, 19).
[4] Bu hədisdən aydın olur ki, azmış insanların doğru yola gəlməsinə, habelə, kor göz­lərin, kar qulaqların və bağlı qəlblərin açılmasına səbəb olmaq üçün adam nə ko­bud, nə daş qəlbli olmalı, pisliyi pisliklə dəf et­məməli, əksinə, əfv etməyi və bağışlamağı bacar­malı, ələlxüsus da onları ilk əvvəl “Lə ilahə illəllah” kəlməsinə dəvət etməlidir.
[5] Burada təkcə bu kəlməni tələffüz etmək yox, tələffüz etməklə yanaşı, həm də məna­sını dərk etmək nəzərdə tutulur. Hədislərin birində Peyğəmbər ﷺ demişdir: “Lə iləhə il­ləllah” deyən və qəlbən bunu təsdiqləyərək ölən hər bir bən­də mütləq Cənnətə girə­cək­­dir” (Muslim, 273).
[6] əl-Buxari, 1981, 2125, 4838; “Ədəbul-Mufrad” 246.