Peyğəmbərin dövründə olan yalançı peyğəmbərlər
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: «بَيْنَا أَنَا نَائِمٌ أُتِيتُ بِخَزَائِنِ الأَرْضِ، فَوُضِعَ فِى يَدِي سِوَارَانِ مِنْ ذَهَبٍ، فَكَبُرَا عَلَىَّ وَ أَهَمَّانِي فَأَوْحَى الله إِلَىَّ أَنِ انْفُخْهُمَا، فَنَفَخْتُهُمَا فَذَهَبَا فَأَوَّلْتُهُمَا الْكَذَّابَيْنِ اللَّذَيْنِ أَنَا بَيْنَهُمَا صَاحِبَ صَنْعَاءَ، وَصَاحِبَ الْيَمَامَةِ».
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “(Bir dəfə) yuxumda mənə dünya xəzinələri verildiyini, üstəlik əlimə qızıldan iki bilərzik qoyulduğunu gördüm. Bunları (geymək) mənə ağır gəldi və məni narahat etdi.[1] Sonra Allah mənə: “Onlara üfür!”- deyə vəhy etdi. Mən bilərziklərə üfürdükdə onlar yox oldular. Mən bu bilərzikləri aralarında olduğum[2] biri Səna[3], digəri Yəmamədən olan[4] iki yalançının meydana gəlməsinə yozdum”.[5]
[1] Kişiyə qızıl taxmaq qadağan olunduğuna görə Peyğəmbər ﷺ belə demişdir.
[2] Burada “aralarında” deyildikdə, ya Yəmamə ilə Yəmən arasında yerləşən Mədinə şəhəri, ya da bu iki yalançıdan birinin Peyğəmbərdən ﷺ əvvəl, digərinin isə sonra vəfat edəcəyi qəsd edilir.
[3] Yəməndə şəhər.
[4] Söhbət Əsvəd əl-Ənsidən və Müseyləmədən gedir.
[5] Əhməd, 8232. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 2858) səhih olduğunu bildirmişdir. Oxşar rəvayəti əl-Buxari də (№ 4375) rəvayət etmişdir.