Ruh ancaq könülsüz olaraq bədəndən çıxar

    17.09.2018
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ "قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لِلنَّفْسِ: اخْرُجِي، قَالَتْ: لا أَخْرُجُ إِلا وأنا كَارِهَةً، قَالَ: اخْرُجِي وَإِنْ كَرِهْتِ"

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah nəfsə: “Çıx!”- deyə buyurdu. O isə: “Mən ancaq könülsüz olaraq çıxacağam[1]”- deyə cavab verdi. Allah buyurdu: “Könülsüz olsan da çıx!”[2]

 
[1] Munavi bu hədisi izah edərkən demişdir: “Burada: “nəfs” deyildikdə, mütləq şəkil­də bütün nəfslər (yəni ruhlar) nəzərdə tutulur. Nəfs uzun illər içində olduğu bədənə öyrəşdiyinə, meylini ona saldığına və ona bağlandığına görə: “Mən ancaq kö­nülsüz ola­raq çıxacağam”– deyir”  (Feydul-Qədir Şərh Camius-Səğir).
[2] əd-Deyləmi, 3/ 183, 4500; əs-Suyuti “Cəmiul-Əhədis” 14997; əl-Buxari “Ədəbul-Mufrad” 219. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 2013) səhih olduğunu bildirmişdir.