Quran möminin Cənnətdə dərəcəsini artırır

    18.09.2018
عَنْ فَضَالَةَ بن عُبَيْدٍ ، وَتَمِيمٍ الدَّارِيِّ عن النَّبِيِّ ﷺ قَالَ: مَنْ قَرَأَ عَشْرَ آيَاتٍ فِي لَيْلَةٍ، كُتِبَ لَهُ قِنْطَارٌ، وَالْقِنْطَارُ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا، فَإِذَا كَانَ يَوْمَ الْقِيَامَةِ، يَقُولُ رَبُّكَ عز و جل: اقْرَأْ وَارْقَ لِكُلِّ آيَةٍ دَرَجَةً، حَتَّى يَنْتَهِيَ إِلَى آخِرِ آيَةٍ مَعَهُ، يَقُولُ رَبُّكَ عز و جل لِلْعَبْدِ: اقْبِضْ، فَيَقُولُ الْعَبْدُ بِيَدِهِ يَا رَبُّ أَنْتَ أَعْلَمُ، فَيَقُولُ بِهَذِهِ الْخُلْدَ، وَبِهَذِهِ النَّعِيمَ.

 
Fədalə ibn Ubeyd[1] və Təmim əd-Dari[2] (Allah onlardan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Kim bir gecədə on ayə oxu­yar­sa, ona bir qintar (savab) yazılar. Qintar dünya və onun içindəkilə­rin­dən daha xeyirlidir. Qiyamət günü gəldikdə Uca Rəbbin buyuracaq: “Oxu və yüksəl! Hər bir ayəyə görə bir dərəcə vardır”. O da oxuduğu ayələrin sonuncusuna çatanda Rəbbin həmin qula buyu­racaq: “Götür!” Qul da əli ilə işarə edərək deyəcək: “Ey Rəbbim, (nəyi götürəcəyimi) Sən daha yaxşı bilirsən”. O da: “Bu əlinlə Əbədiyyət bağını, bu əlinlə isə Nəim bağını (götür!)”- deyə buyuracaq”.[3]

 
[1] Fədalə ibn Ubeyd ibn Nəfiz ibn Qeys əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Hicrətin 53-cü ilində vəfat etmişdir.
[2] Təmim ibn Əus ibn Xaricə əd-Dari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Hicrətin 40-cı ilində vəfat etmişdir.
[3] ət-Tabərani “Mucəmul-Kəbir” 1239, 1253, 8451. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 638) həsən olduğunu bildirmişdir.