عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ ﷺ: يُؤْتَى بِأَرْبَعَةٍ يَوْمَ الْقِيَامَةِ: بِالْمَوْلُودِ، وَالْمَعْتُوهِ، وَمَنْ مَاتَ فِي الْفَتْرَةِ، وَالشَّيْخِ الْفَانِي، كُلُّهُمْ يَتَكَلَّمُ بِحُجَّتِهِ، فَيَقُولُ الرَّبَّ عز و جل لِعُنُقٍ مِنَ النَّارِ: ابْرُزْ، فَيَقُولُ لَهُمْ: إِنِّي كُنْتُ بَعَثْتُ إِلَى عِبَادِي رُسُلاً مِنْ أَنْفُسِهِمْ، وَإِنِّي رَسُولُ نَفْسِي إِلَيْكُمُ ادْخُلُوا هَذِهِ، قَالَ: فَيَقُولُ مَنْ كُتِبَ عَلَيْهِ الشَّقَاءُ: يَا رَبِّ، أَنَّى نَدْخُلَهَا وَمِنْهَا كُنَّا نَفِرُّ، قَالَ: قَالَ: وَمَنْ كُتِبَ عَلَيْهِ السَّعَادَةُ يَمْضِي يَتقْحِمُ فِيهَا مُسْرِعًا قَالَ: فَيَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنْتُمْ لِرُسُلِي أَشَدَّ تَكْذِيبًا وَمَعْصِيَةً، فَيُدْخِلُ هَؤُلاَءِ الْجَنَّةَ، وَهَؤُلاَءِ النَّارَ.
Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü dörd (qism insan Allahın hüzuruna) gətiriləcək; uşaq, ağlını itirmiş, Fətra əhli[1] və əldən düşmüş qoca. Onların hamısı özlərinə haqq qazandıracaqlar. Bu zaman Uca Allah oddan olan bir boyuna deyəcək: “Çıx!” Onlara isə buyuracaq: “Həqiqətən, Mən qullarıma öz aralarından bir elçi göndərmişdim və həqiqətən, Mən Özüm Özümün elçisiyəm, bura (oda) daxil olun!” Sonra kimə bədbəxtlik yazılmışsa, belə deyəcək: “Ey Rəbbim! Biz ondan qaçdığımız halda ora necə girək?!” Kimə xoşbəxtlik yazılmışsa, gedib qorxmadan tələsik ora atılacaq. Uca Allah buyuracaq: “Siz Mənim elçilərimi daha çox yalanlayan və onlara asi olanlarsınız”. Beləliklə, bunları Cəhənnəmə, o birilərini isə Cənnətə daxil edəcək”.[2]
[1] Fətra əhli – özlərinə heç bir peyğəmbərin dəvəti çatmamış və Kitab gəlməmiş bir dövrdə yaşayanlardır. Məsələn İsa u və Muhəmməd Peyğəmbər ﷺ arasında yaşayanlar kimi. Uca Allah buyurur:
“Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: "Bizə müjdələyən və qorxudan kəs gəlmədi"– deməyəsiniz deyə haqqı bəyan edən Elçimiz gəldi...”. (əl-Maidə, 19). Həmçinin, İslamdan xəbəri olmayanlar və müsəlmanlardan uzaq yaşayanlar da fətra əhlinə (yəni onun hökmünə) aid edilir. (əl-Fəvzan “Fətava Lecnə əd-Dəimə”).
[2] Əbu Yəalə, 4224. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 2468) səhih olduğunu bildirmişdir. Bu hədisi başqa bir hədis aydınlaşdırır: Peyğəmbər ﷺ deyir: “Qiyamət günü heç nə eşitməyən kar kişi, dəli, düşkünlük çağına çatmış qoca kişi və fətra dövründə yaşayan bir kişi olacaq. Kar kişi deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsilən dövrdə yaşayan kişi deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər ﷺ dedi: “Muhəmmədin nəfsi əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (Əhməd, 16344; İbn Hibban, 7357).