Allahın qarşılaşmaq istədikləri şəxslər

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ «قَالَ اللَّهُ إِذَا أَحَبَّ عَبْدِى لِقَائِى أَحْبَبْتُ لِقَاءَهُ، وَإِذَا كَرِهَ لِقَائِى كَرِهْتُ لِقَاءَهُ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Qulum Mənimlə qarşılaşmaq istəsə, Mən də onun­la qarşılaşmaq istəyərəm. O, Mənimlə qarşılaşmaq istəməsə, Mən də onunla qarşılaşmaq istəmərəm”.[1]

 
[1] əl-Buxari, 6950, 7065, 7504. Bu hədisdə deyilənlərin nə məna kəsb etməsi haqda başqa hədisdə belə deyilir: Ubədə ibn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim Allah­la qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşı­laş­maq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz”. Aişə (Allah ondan razı olsun - və ya zövcələrindən biri) dedi: “Axı biz ölmək istəmirik?!” Peyğəmbər ﷺ buyurdu: “Söhbət bundan getmir. İş ora­sındadır ki, möminə ölüm yetişdiyi zaman ona müjdə verilir ki, Allah (ondan) razı qalmış və ona ehtiram göstərmişdir. Həmin an onun üçün qarşıda onu gözləyən (nemət­dən) daha sevimli bir şey ola bilməz. Odur ki, o Allahla qarşılaşmaq istəyir, Allah da onunla qarşılaşmaq istəyir. O ki qaldı kafirə, (ölüm) onu haqladığı zaman ona müjdə veri­lir ki, Allah onu əzaba düçar edəcək və onu cəzalandıracaqdır. Həmin an onun üçün qarşıda onu gözləyən (bəladan) daha pis bir şey ola bilməz. Odur ki, o Allahla qarşılaşmaq istə­mir. Allah da onunla qarşılaşmaq istəmir”. (əl-Buxari, 6507).